Qulançarın inanılmaz FAYDALARI

Qulançarın inanılmaz FAYDALARIBeynəlxalq münsif, qida üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, qulançarın tərkibində K vitamini zəngin olduğuna görə orqanizmdə kalsiumun sovrulmasına yardımçı olur.
Publika.az xəbər verir ki, qulançarın faydalarından söz açan ekspert onun ət məhsulları ilə bişirilməsini təklif edib. 
"Mərəçöyüd və ya qulançar adlanan bu bitki respublikamızda ən çox Naxçıvan MR-nın bütün rayonlarında, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında, Gəncə-Qazax, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala və s. bölgələrdə ən çox quru, daşlı-çınqıllı yamaclarda, qaratikan kollarının ətrafında bitir.
Bəzi dillərdə bu bitki asparagus, sparja, kuşkonmaz, kamamuri, kumi saqqızı kimi ifadə olunur. Bitkinin yaşı çox qədimdir, Qədim Romada, 4000 il öncə isə Misirdə tanınırdı.
Bu bitkinin mətbəxdə də xüsusi yeri var və ən çox salatlar da çiy və ya azca pörtləmiş şəkildə istifadə olunur. Qırmızı ət məhsullarına da qarnir olaraq çox yaraşır.
Faydalarına gəlincə mərəçöyüdün faydalarını saymaqla bitməz. Sadəcə qısa olaraq onu deyə bilərəm ki, tərkibində K vitamini zəngin olduğuna görə orqanizmdə kalsiumun sovrulmasına yardımçı olur. Bununda təbii olaraq sümüklərə və ümumilikdə skletə çox faydaları var" qida eksperti qeyd edib.
Qulançarın inanılmaz FAYDALARIO, əlavə edib ki, tərkibindəki glutathione sayəsində stress zamanı bədəndə əmələ gələn sərbəst radikalların bədəndən çıxarılmasını təmin edir və probiotik tərkibə malik olduğu üçün  immunitet sistemini də gücləndirir:
"Mərəçöyüd yüksək qan təzyiqini tənzimləməyə yardımçı olan kalium mineralı ehtiva edir. Kalium qan damarlarının divarlarını genişləndirərək və artıq duzu idrar vasitəsilə çıxararaq qan təzyiqini azaldır.
Kimlərə məsləhət görülmür?
1. Köpdən əziyyət çəkənlər az istehlak etsələr məsləhətdir çünki mərəçöyüd tərkibindəki rafinoza adlanan karbohidrat səbəbiylə də köpə səbəb ola bilər.
2. Zanbaq ailəsinə qarşı allergiyaya meylli insanlar diqqətli olmalıdırlar.
3. Gut xəstəliyi, böyrək daşı, sidik turşusu ilə bağlı problemləri olan insanlar mərəçöyüd yeməkdə ehtiyatlı olmalıdırlar, çünki tərkibində purinlər var".

Sağlamlıq     Baxılıb: 2198   Tarix: 14 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

turlar.az

toy gecesi geyim şəkilləri hamilelikde qidalanma qarabasaq kotleti tərəzi bürcü qara gavalinin faydalari qadın kosmetika kosmetika kahfe kali atalar sozleri xanim az bayatılarımızda vətən həsrəti ginekoloq