Qulaqcıqdan istifadə edənlər bunu mütləq oxuyun

Qulaqcıqdan istifadə edənlər bunu mütləq oxuyunMüasir gənclər günün bir çox hissəsi qulaqcıqlarda musiqiyə qulaq asır. Qulaqcıqlar artıq dəbli aksessuara çevrilib, müasirliyin rəmzi sayılır.
Lakin çoxsaylı araşdırmalar göstərir ki, bu çox təhlükəli və ziyanlı vərdişdir.
Həkimlərin müşahidələrinə görə, kiçik, qulaqların içinə taxılan qulaqcıqlarda daim musiqiyə qulaq asan gənclərdə 4 ildən sonra 1-ci dərəcəli eşitmənin pozulması inkişaf edir. 40-50 yaşında bu insanlarda artıq eşitmənin ciddi zəifləməsi və hətta karlıq inkişaf edə bilər.
Bizim qulaqlarımız yalnız qısamüddətli uca səslərin təsirinə tab gətirə bilir. Əgər belə səslər insana uzun müddət ərzində təsir edirsə, bu mütləq eşitmənin pozulmasına gətirib çıxardacaq.
Bütün dünyada LOR həkimləri cavan insanlar arasında eşitmənin pozulmasının hallarının artmasını müşahidə edirlər. Həkimlərin fikirinə görə, bunun əsas səbəblərindən biri məhz güclü səslərin uzun müddət ərzində qulaqlara təsiridir.
LOR həkimlərinin xəbərdarlığı: əgər siz 40 yaşında qulaqcıqları eşitmə apparatına dəyişmək istəmirsinizsə, bu kimi qaydalara əməl edin:
- qulaqcıqlarda musiqiyə qulaq asdıqda siz ətrafdakıları eşitməlisiniz. Əks halda səsini azaltmaq lazımdır.
- ətrafdakılar qulaq asdığınız musiqini eşitməməlidir.
- əgər siz ətrafdakılarla danışdıqda qışqırırsınızsa, bu o deməkdir ki, səsi azaltmaq lazımdır.
Ümumiyyətlə həkimlər kiçik, qulağın içinə taxılan qulaqcıqlardan imtina etməyi tövsiyə edirlər.
Yüksək səsdən əlavə qulaqcıqların digər təhlükəsi ondan ibarətdir ki, yad cism daim qulaqların daxilində olduqda, bu qulaq iltihablarına səbəb ola bilət. Əgər siz digər insanın qulaqcıqlarını istifadə edirsinizsə, bu daha da təhlükəlidir. Hər bir insanın dərisində minlərlə mikroblar yaşayır. "Yiyəsinə" ziyan vurmayan mikroblar digər insanda iltihaba və s. problemlərə səbəb ola bilər. Bu səbəbdən LOR həkimləri heç bir halda "şərikli" qulaqcıqlardan istifadə etməməyi tövsiyə edirlər.
Eşitmənin pozulmasından əlavə qulaqcıqlarda uzun müddət ərzində musiqiyə qulaq asmaq sinir sisteminə də mənfi təsir edir - insanda gərginliyə, diqqətin pozulmasına, baş ağrılarına, təzyiqin yüksəlməsinə səbəb olur.//egend.az

Xəbərlər     Baxılıb: 1610   Tarix: 09 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

turlar.az

yaz geyimleri 2026 adlarin menasi gozel gorunmek qadın geyimi balqabaq yagi aciq zedelenmeler yaralar süni mayalanma kosmetika klitor tərəzi cinsi elaqe yutube janrlar