Quru göz sindromunun yaranma səbəbləri

Quru göz sindromunun yaranma səbəbləriGözlərin kifayət qədər nəmlənməməsi, eləcə də uzun müddət qadcetlərdən (smartfon, kompüter və s.) istifadə "quru göz sindromu"nun yaranmasına səbəb olur.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor, oftalmoloq Vyaçeslav Kurenkov 360.ru-ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, insan orqanizmində gözü daim nəmli saxlayan xüsusi üçqatlı maye ifraz edən vəzilər sistemi mövcuddur. Onun üst - yağlı qatı mayenin buxarlanmasının qarşısını alır, ikinci - sulu qatı gözü nəmləndirir, üçüncü - yapışqan (müsin) qatı isə göz yaşının gözdən axıb getməsinin qarşısını alaraq onu səthdə saxlayır.
"Bu sistem çox vacibdir, çünki əks halda gözün ön səthində müxtəlif xəstəliklər, o cümlədən quru göz sindromu inkişaf etməyə başlayır", - deyə professor Kurenkov qeyd edib.
Oftalmoloq Olqa Vasilyeva isə əlavə edib ki, quru göz sindromunun geniş yayılmış bir növü də smartfon və kompüterlərdən uzunmüddətli istifadə nəticəsində yaranan "kompüter görmə sindromu"dur:
"Uzun müddət diqqətimizi bir nöqtəyə - ekrana yönəltdikdə daha az göz qırpırıq. Bu hal aylarla davam etdikdə selikli qişa tədricən quruyur və göz səthi bu quru mühitə uyğunlaşmağa başlayır".
Mütəxəssislər quru göz sindromunun əsas əlamətləri kimi səhərlər gözlərin qızarmasını, gün ərzində gözlərdə qum və ya yad cisim hiss edilməsini qeyd edirlər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 1131   Tarix: 19 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Həddindən artıq isti havanın sağlamlığa təsiri yalnız günvurma və susuzlaşma ilə məhdudlaşmır. Yeni araşdırma yüksək temperaturun dəri səpgiləri, böyrək çatışmazlığı, dağınıq skleroz da daxil olmaqla 33 diaqnozla əlaqəl

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

turlar.az

həkim məsləhəti qadin sayti yay geyimləri 2026 tecavuze ugrayan qadinlar ana və körpə yarpizin faydalari valideynə məsləhət kosmetika hakışda buga burcu novruz hakista prostat mikayıl abdullayev