Rafet El Romanın yeni azərbaycanlı kəşfi - VİDEO + FOTOLAR
"Gedək üzü küləyə" mahnısı ilə sosial şəbəkədə fenomenə çevrilən Çinarə Məlikzadə Türkiyənin məşhur müğənnisi Rafet El Roman ilə eyni səhnəni bölüşüb.
Musavat.com xəbər verir ki, türkiyəli müğənni konserti zamanı Çinarəni yeni kəşfi adlandıraraq səhnəyə dəvət edib. Onlar "Son məktub" və "Ayrılıq mahnılarını duet şəklində ifa ediblər. Daha sonra azərbaycanlı ifaçı "Gedək üzü küləyə" və "Sil baştan" mahnısını oxuyub.
Ç. Məlikzadəyə təriflər yağdıran Rafet onun üçün yeni mahnı yazacağını bildirib: "Mən səhnəyə çətinliklə gəlmişəm. O vaxt özümə söz verdim ki, nə zamansa məşhur olsam, istedadlı gənclərə dəstək olacağam. Çinarə mənim yeni kəşfimdir. Musiqiçi dostlar dinləyib, çox bəyənmişdi. Mən də onunla səhnəni bölüşmək istədim. Çox gözəl səsi var, istəsə yüksək zirvələrə qalxa bilər. Əminəm ki, onun səsini bir çox ölkələrdə sevəcəklər. Söz verirəm ki, Çinarə üçün yeni və gözəl mahnı yazacağam".
Qeyd edək ki, illər öncə Bakıda konsert proqramı ilə çıxış edən Rafet El Roman Ezo adlı ifaçını özü ilə Türkiyəyə aparmışdı. Ezo hazırda Türkiyənin tanınmış müğənnilərindəndir.












Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri