Rahat həyat tərzi sürən insanların ömrü qısa olur

Rahat həyat tərzi sürən insanların ömrü qısa olurFiziki aktivliyin çatışmazlığı artıq çəkinin yaranmasından əlavə, həm də psixi pozğunluqlara səbəb ola bilər. Bu nəticəyə Britaniya alimləri gəliblər. Onların məlumatlarına əsasən, Britaniyada yalnız kişilərin 35%-i, qadınların isə 25%-i mütəxəssislər tərəfindən məsləhət görülən fiziki aktivlik normasını yerinə yetirirlər. Bristol Universitetinin tədqiqatçıları təyin ediblər ki, fiziki aktivlik Alzheimer xəstəliyinin inkişaf riskini 30% azaldır. Alimlər hələlik belə bir əhəmiyyətli effekti izah edə bilmirlər, lakin güman edirlər ki, buna ürək-damar sisteminin funksiyasının yaxşılaşması, həmçinin baş beyində kimyəvi proseslərin dəyişməsi səbəb olur.

Hər kəsə bəllidir ki, aktiv həyat tərzi sürən insanların sağlamlıq göstəriciləri oturaq həyat keçirənlərlə müqayisə olunmayacaq qədər fərqlidir. Son illər Azərbaycan da oturaq həyata meylli insanların yaşadığı ölkəyə çevrilmək üzrədir. Günün müəyyən saatlarını işdə oturaraq keçirən insanların, demək olar ki, sosial həyatı və davamlı olaraq bir məşğuliyyəti yoxdur. Hətta gündəlik hərəkət tələb edən işlər üçün belə daha asan yollardan istifadə etmək imkanı varkən, hərəkət üçün çalışan çox az insana rast gəlmək mümkündür.

Əksər ölkələrdə velosiped sürmək, daim qaçışla məşğul olmaq, tenis kortlarına yazılmaq normal hal kimi qəbul edildiyi halda nədənsə Azərbaycanda yaşı 30-u keçmiş insanlar üçün bu, bir növ ayıb hesab olunur. Elə bu səbəbdən çox nadir hallarda velosiped sürən orta yaşlı insanlara rast gəlmək mümkündür. Üstəlik, son zamanlar mağazalarda belə "alo" servislərinin olması insanları daha oturaq həyata alışdırır. Bu isə insan ömrünün öz əli ilə kəsilməsi deməkdir. Maraqlı haldır ki, şəhər sakinləri bu cür həyat tərzini "rahat həyat" adlandırır və bu cür xidmətlərin olmasını heç də pis qəbul etmirlər. Tənbəl həyat tərzinin əslində xəstəlik olduğunu dərk edənlər belə rahat həyatdan əl çəkmək istəmir, bunu isə yorğunluğa bağlayırlar.

Həkimlər isə hər gün yalnız yarım saat gəzintinin insan ömrünə ömür qatacağı fikrindədirlər. Həkim-kardioloq Maqsud Mirzəyevin sözlərinə görə, ən sağlam olanlar 3-20 yaş arasında olan insanlardır. Çünki bu yaş həddində olanların aktiv həyata meyli daha çoxdur və onlar daim gəzərək müəyyən məsafələri qət edirlər. Bu yaş həddindən sonra insanda baş qaldıran tənbəllik onu avtomobildən istifadəyə sövq edir: "Fiziki hərəkətlər çox gözəl müalicə vasitəsidir. İntensiv fiziki fəaliyyət zamanı orqanizmdə endorfin və ya "xoşbəxtlik hormonu" yaranır. Streslərə davamlığı artırır, fiziki fəaliyyət zamanı stress hormonu olan adrenalinin səviyyəsi aşağı düşür. "Pis" xolesterinin, triqliseridlərin səviyyəsi enir, "yaxşı" xolesterinin miqdarı artır ki, bu da aterosklerozdan müdafiədir. Arterial təzyiqi normalaşdırır və nəticədə insult, ürək tutmaları riskini azaldır. Kalori sərfi iştahanın normallaşması və mübadilə proseslərinin sürətlənməsi hesabına bədən çəkisinin aşağı düşməsinə kömək edir. Sümük və oynaqların davamlılığını artırır. Orqanizmin adaptasiya imkanlarını, insanın iradəsini inkişaf etdirir".

Kardioloq deyir ki, insanlar arasında yaranan bir sıra diaqnozu hec cür qoyula bilməyən yalançı xəstəliklərin ən başlıca səbəbi oturaq həyatdır. İnsanın ağrımayan yerlərinin belə ağrıması oturaq həyatın insanlara verdiyi əvəzdir. Hansı işdə çalışılmasından asılı olmayaraq gün ərzində mütləq yarım saat gəzintiyə vaxt ayırmaq həm var olan narahatlıqların azalmasına, həm də əlavə xəstəliklərin baş qaldırmamasına səbəb olar:

"Gündəlik gəzinti vacibdir. Xüsusən yemək yedikdən sonra televizor qarşısında əyləşməkdənsə, təmiz havada gəzmək həm yeyiləni həzm etməyə, həm beynin və bədənin oksigenlə təmin olunmasına, bədənin dincəlməsinə, stressin azalmasına, xolesterolun azalmasına, əzələ və sümük sisteminin möhkəmlənməsinə və bir çox sağlamlıq göstəricilərinin müsbətə doğru dəyişməsinə səbəb olur".

Maraqlı     Baxılıb: 2515   Tarix: 01 fevral 2015
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

turlar.az

makiyaj etmek qaydalari sac duzumleri yay kolleksiyasi soda maskasi 2026 hicab geyimləri sac horukleri tutun xeyri kosmetika usaq geyimleri novruz bayramina aid hakista novruz bayramina aid şəhid hüzeyir hacibəyov