Ramazan ayında düzgün qidalanma qaydaları

Ramazan ayında düzgün qidalanma qaydalarıMübarək Ramazan ayı artıq başlayır. Belə ki, iyun ayının 17-də niyyət gecəsi, iyunun 18-də isə Ramazan ayının ilk günüdür.
Ramazan ayı yay fəslinə təsadüf etdiyidindən həm havanın isti olması, həm də günün uzunluğu oruc tutanlara müəyyən çətinliklər yaradır. Bəs, oruc tutarkən nələrə diqqət etmək lazımdır ki, 17 saata yaxın günlük ibadətin sonunda səhhətimizə ziyan dəyməsin və bütün Ramazan ayı boyunca oruc tutmağa davam edə bilək.

Ramazan ayında qidalanma, oruc tutanların əməl etməli olduğu qaydalarla bağlı mütəxəssislərin rəyini təqdim edirik:
Ramazan ayında qidalanma çox önəmlidir. Çünki, uzun gün ərzində ac qalmaq orqanizmdə fəsadlara da yol aça bilər. Ancaq mütəxəssislərin tövsiyyələrinə əməl etməklə orucun həm mənəvi, həm də fiziki baxımdan faydalı olmasına nail olmaq olar.

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov açıqlamasında bildirib ki, oruc tutanlar əsasən imsak zamanı qida qəbuluna xüsusi diqqət ayırmalıdırlar:
"Səhər-səhər daha çox enerji verən qidalara üstünlük vermək lazımdır. Bu baxımdan bal və yumurta olduqca faydalıdır. Bədəndə suyu saxlayan qidalara daha çox üstünlük vermək lazımdır. Yeməkdən sonra bir miqdar duz qəbul etmək də faydalıdır ki, o bədəndə suyun saxlanmasına xidmət edir. Səhər tezdən pomidor, yumurta, sucuq da faydalıdır. Şirin qidalara, təkibində bal, bəhməz olan şiriniyyatlara da üstünlük vermək olar. Ancaq bu zaman bədəndə şəkəri ani olaraq yüksəldən qidadan qaçmaq lazımdır. Səhər tezdən xəşil yemək məsləhətdir. Düzdür, isti havada bu yeməyi yemək olmaz, ancaq imsak vaxtı hava sərin olur, bu baxımdan mümkündür. Səhər yeməyində ət və xaş da yemək olar. Səhər yeməyi mütləq qəbul edilməlidir, bundan imtina etmək olmaz".

Baş aşpaz bildirib ki, iftar zamanı da yüngül qidalarla başlayıb, mərhələ-mərhələ qida qəbul etmək lazımdır:
"İftar zamanı isə ilıq su ilə orucu açmaq lazımdır, bu, çox isti və soyuq su olmamalıdır. İlıq su ilə mədə yumşalmalıdır ki, qidanı qəbul etməyə hazır olsun. İlk olaraq su qəbulunun səbəbi odur ki, gün ərzində maye qəbul edilməyib. Birbaşa quru qidanın qəbulu həzmdə problem yarada bilər. İlıq su ilə şirin qidalar, xurma və ya bal da qəbul etmək olar. Bundan sonra isə yeməyi uzun müddət çeynəmək şərtilə yeməyə başlasınlar. Adətən, insanlar ac olduqları üçün yeməyi tələsik yeyirlər. Ancaq bu, qətiyyən olmaz. İftar süfrəsində arzu etdikləri qidaları yeyə bilərlər. Ancaq tam doymamaq şərtilə süfrədən qalxmaq daha yaxşıdır. Bu, həm həzmi sürətləndirir, həm də imkan verir ki, yatmazdan öncə yenidən qida qəbul olunsun. Yatmazdan öncə bir-iki stəkan qatıq yemək lazımdır. Bu, bədəndə suyun saxlanılmasını tənzimləyir. Çox turşu, çox duzlu, çox şirin yeməklərdən uzaq dursunlar. Bu, susuzluğa səbəb olur. Suyu daşdan süzüb, içmək daha faydalı olar. Çünki, doymuş su bədəndə su ehtiyatını daha çox saxlayır. Gün ərzində sərin mühitdə olmaq, mümkün qədər az tərləmək lazımdır. Çünki, tərləmə zamanı bədəndəki su ifraz olunur, bu, daha ağır nəticələrə səbəb olur. Gün ərzində 2 litrdən az olmamaqla su qəbul etmək lazımdır".

Tibb elmləri doktoru Adil Qeybulla isə bildirdi ki, oruc tutmaq əsasən sağlam insanlar üçün nəzərdə tutulub, xəstələrin oruc tutması təhlükəlidir:
"Xəstə adamların, diabet xəstələrinin, xroniki xəstəliklərdən əziyyət çəkənlərin oruc tutması yolverilməzdir. Çünki, həmin insanlar gündə bir neçə dəfə dərman qəbul etməlidirlər və müalicə olunmalıdırlar. Sağlam insanlar isə oruc tuta bilərlər. Ancaq onlar da vitaminli qidalar qəbul etməlidirlər ki, bədəndə vitamin resursları tükənməsin. Oruc tutmaq günün müəyyən intervalında qidadan imtina etmək deməkdir. Ancaq qidadan imtina etmək orqanizm üçün ciddi bir təhlükə törətmir. Bədən psixoloji olaraq, buna hazır olur. Oruc tutmağa sadəcə, pəhriz kimi yanaşanlar da var. Ancaq bu, yanlış yanaşmadır".

Ekspert vurğuladı ki, oruc tutanlar istər imsak, istərsə də iftar zamanı həddindən artıq qida qəbul etməməldirlər:
"Mədə buna öyrəşir və gün ərzində mədə şirəsi ifraz olunur, mədə qida gözləyir. Ona görə də qida qəbulunu az-az, mərhələ-mərhələ həyata keçirmək lazımdır ki, mədə buna öyrəşsin. Çox yağlı və qızardılmış yeməklər, çətin həzm olunan qidalar yeməkdən çəkinmək lazımdır.
Susuzluqdan əziyyət çəkənlər, təzyiqi aşağı olanlar imsak zamanı yaxşı qida qəbul etməli və bol maye qaəbul etməlidirlər. Bədəndə yaranan bu resurs onlar gün ərzində aktiv saxlamağa kömək edəcək".

Oruc tutanların gün ərzində susuzluqdan əziyyət çəkməməsi üçün dişləri fırçalayan zaman tərkibində soda olan diş məcunlarını işlətmək olmaz. Çünki bu, susuzluq hissinin yaranmasına səbəb olur. Flüorlu diş məcunlarını seçmək məsləhətdir. Sübh yeməyini isə bir qədər tez qurtarmaq və dişləri fırçaladıqdan sonra maye qəbul etmək lazımdır ki, susuzluq yaranmasın.

Ekspertlərin xüsusi vurğuladığı bir məsələ də odur ki, iftardan sonra siqaret çəkmək çox zərərlidir.
Buna da diqqət etmək lazımdır/Musavat.com

Xəbərlər     Baxılıb: 2779   Tarix: 17 iyun 2015
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

yay kolleksiyasi hamilelikde qidalanma makiyaj instagram usaq otagi dizaynlari ərzaqlar asan sizanaqlara qarsi vasite kosmetika bayatılar gözellik novruza aid hakisda maraqli hakistalar laylalar