Ramazan ayında halsızlıq, yorğunluq və susuzluğu aradan qaldırmağın 7 EFFEKTİV ÜSULU

Ramazan ayında halsızlıq, yorğunluq və susuzluğu aradan qaldırmağın 7 EFFEKTİV ÜSULUOruc tutarkən, təxminən, 16 saat ac və susuz qalmaq orqanizmin enerji depolarının boşalmasına, həmçinin iftardan imsaka qədər yanlış qidalanma gün ərzində insanın özünü daha halsız və yorğun hiss etməsinə səbəb olur.
Publika.az daha oruc tutarkən enerjili hiss etmək və sağlam bir Ramazan ayı keçirmək üçün 7 tövsiyəni təqdim edir.
1. İmsakda mütləq yemək yeyilməlidir.
Orqanizmin gündəlik vəzifələrini icra edə bilməsi üçün lazımi enerjinin yalnız iftardan sonra bir neçə saat ərzində yığılması olduqca çətindir. İmsakda yemək yeyilməyəndə aclıq müddəti uzanır və gün ərzində halsızlıq, diqqətin pozulması kimi hallar yaşanır.
Ramazan ayında halsızlıq, yorğunluq və susuzluğu aradan qaldırmağın 7 EFFEKTİV ÜSULUUzun müddət toxluq hiss etmək üçün yumurta, süd və pendir kimi protein qaynaqları ilə yanaşı, tam buğda çörəyi və yulaf kimi enerji metabolizmində yer alan B qrupu vitaminləri və liflə zəngin, sağlam karbohidrat qaynaqlarından istifadə etmək də lazımdır. Çiy badam, qoz, fındıq kimi maqneziumla zəngin çərəzlərin yanında boşqabınızın çiy tərəvəz və göyərtilərlə zəngin olması önəmlidir. İmsakda meyvələrə də yer verilməlidir. Bu, C vitamini təmin etmək üçün lazımdır. Meyvə və tərəvəzlərin tərkibində yüksək miqdarda su olması gündəlik su ehtiyacının qarşılanmasını da təmin edir.
2. Kifayət qədər su içilməlidir.
İnsan bədəninin təxminən 60%-i sudan ibarətdir. Gün ərzində sadəcə 3% su itirmək belə fiziki performansın aşağı düşməsinə səbəb ola bilər. Orucu 1 fincan su ilə açmaq, şəkərsiz kompotlar içmək və şorbalar yeməklə gündəlik su ehtiyacını qarşılaya bilərsiniz. Çay və qəhvə kimi kofein tərkibli içkilər bədəndən suyun xaric olmasına səbəb olur. Əgər bunlardan istifadə etmək istəyirsinizsə, o zaman iftardan sonra 8-10 fincan su içməlisiniz.
Ramazan ayında halsızlıq, yorğunluq və susuzluğu aradan qaldırmağın 7 EFFEKTİV ÜSULU3. Yeməkləri asta şəkildə yeyin.
Orucu 1 fincan su və 1 qab şorba ilə açdıqdan sonra 15 dəqiqə fasilə verin. Ard-arda və az çeynəyərək yeyilən yemək yuxu və yorğunluq hissi gətirə bilər. İftarla imsak arasında meyvə, qatıq və kefirdən ibarət 2 öyün müəyyən etmək gündəlik qida ehtiyacınızı sağlam şəkildə qəbul etməyə yarıdmçı olacaq.
4. Pəhriz tərkibli qidalanmağa diqqə edin.
Doymamış yağlar (zeytun yağı, badam, fındıq, qoz kimi), meyvə və tərəvəzlər, balıq, süd məhsulları qida rasionunuzdan əksik etməyin. Bu, vitamin, mineral, yağ və lif ehtiyaclarınızı qarşılamağa kifayət edəcək. Bundan başqa, mümkün qədər yağsız ətdən istifadə etmək enerjinin saxlanmasına kömək edəcək.
Ramazan ayında halsızlıq, yorğunluq və susuzluğu aradan qaldırmağın 7 EFFEKTİV ÜSULU5. Yarımfabrikatlardan və şəkərdən uzaq durun.
Kolbasa, sosis kimi duz və yağla bol olan qidaları imsakda yemək gün ərzində susuzluğa səbəb olur. Bununla yanaşı, şəkər tərkibli məhsullar da qanda şəkərin miqdarını sürətli şəkildə qaldırıb endirə bilər. Anidən qanda şəkərin qalxıb enməsi diqqətin pozulmasına, yorğunluğa və yuxulamağa səbəb ola bilər.
6. Daha çox hərəkət etməyə çalışın.
Fiziki hərəkət zamanı yüksələn serotonin və endorfin hormonları pozitiv hisslər bəxş edir. Bu hormonlar gecə yaxşı yatmaq üçün də əhəmiyyətlidir. İftardan 1 saat sonra 45-50 dəqiqə templi şəkildə gəzmək həm həzm sistemini yaxşılaşdıracaq, həm də yaxşı yatmağınızı təmin edəcək.
Ramazan ayında halsızlıq, yorğunluq və susuzluğu aradan qaldırmağın 7 EFFEKTİV ÜSULU7. Bağırsaqların sağlamlığına diqqət edin.
Ramazanın ilk günlərində qidalanma formasının dəyişməsi qəbzliyə səbəb ola bilər. Bu vəziyyət gün ərzində şişkinlik və narahatlıq yaradır. Qəbzliyin qarşısını almaq üçün bağırsaq mikroflorasının sağlam olması önəmlidir. Bağırsaqdakı faydalı bakteriyalar serotonin hormonunun ifrazına müsbət təsir göstərir. Bağırsaq mikroflorasını sağlam saxlamaq üçün kefirdən istifadəyə üstünlük vermək lazımdır.
Zümrüd

Sağlamlıq     Baxılıb: 2038   Tarix: 15 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

turlar.az

kosmetika mehsullari hamiləlik kosmetoloq hamiləlikdə mirzə ələkbər sabir satiraları qadın və kişi intim pozalar kosmetika hakışta namiq qaraçuxurlu xerceng qu quşu insan