Ramazandan sonra necə qidalanmalı?

Ramazandan sonra necə qidalanmalı?Ramazanı yola salmağa bir neçə gün qalır. Müqəddəs ayda oruc tutan bütün müsəlmanlar üçün Ramazan bayramının bir başqa önəmi var. Bayram süfrəsi, bol və ləziz yeməklər, müxtəlif çeşiddə şirniyyatlar bir ay boyunca dincələn orqanizmə ağır gələ bilər. Bir ay oruc vəziyyətinə öyrəşmiş mədəmiz yenidən qidaların "hücumuna" məruz qalır. 
Bəs görəsən, oruc qrafikində olan orqanizm birdən-birə əvvəlki rejimə qayıdanda hansı fəsadlar yarana bilir? 
Publika.az məsələ ilə əlaqədar araşdırmasını təqdim edir.
Sağlam qidalanma mütəxəssisi Məshəti Hüseynova bildirib ki, Ramazandan sonra orqanizmin birdən-birə saat dəyişikliyinə öyrəşməsi üçün axşam yeməyini 3-4 gün ərzində yarım saat fərqlə qəbul etmək lazımdır: "Artıq 3-4 gündən sonra yuxudan 5-6 saat əvvələ qədər axşam yeməyini yeyib bitirmək lazımdır. Orucluq zamanı insanlar uzun müddət ac qaldığı üçün daha çox xəmir yeməkləri və paxlalılar qəbul edirsə, bunun miqdarını nisbətən azaltmalı və daha tez həzm olunan yeməklər qəbul etməlidir. Axşam yeməyində xüsusilə tərəvəzli qidalara daha çox yer vermək lazımdır ki, bu lifli qidalar bağırsaqların işləməsini təmin etsin. Eyni zamanda mütləq şəkildə səhər yeməyi qəbul edilməlidir. Səhər yeməyindən imtina etmək məqsədəuyğun deyil. Axşam yeməyindən sonra mütləq şəkildə açıq havada gəzmək lazımdır. Bununla da siz qidaların həzmini asanlaşdıracaq, maddələr mübadiləsinin pozulmasının qarşısını alacaqsınız". 
Ramazandan sonra necə qidalanmalı?M.Hüseynova vurğulayıb ki, Ramazan dövründə susuzluq yaratmasın deyə yağlı, duzlu, turş qidalardan uzaq dururuq: "Lakin Ramazan bitən kimi həmin qidaları istehlak etmək mədə-bağırsaq və həzm sistemində problemlər yarada bilər. Ona görə də bu kimi qidaları birdən-birə qəbul etməməyi məsləhət görürəm. Əsas məqamlardan biri də meyvə-tərəvəzin qəbuludur. Xüsusilə də gün ərzində mövsümi meyvə-tərəvəzlərin qəbulu ilə yanaşı, quru meyvələrdən də günün birinci yarısı, yəni səhər yeməyində istifadə edin. Gün ərzində qəbul edilən maye miqdarını da diqqətdən kənar qoymaq olmaz. Maye miqdarı normal çəkili insanlarda hər çəkiyə görə 30 milliqramdır. Eyni zamanda bu miqdarı 1-2 fincan atırmaq da olar. Bu qaydalara riayət olunarsa, orucluqdan sonra sağlamlıqla bağlı problem yaşanmayacaq, eyni zamanda da artıq çəkinin yaranmasına mane olacağıq".
Diyetoloq Şəfa Yadigarova deyib ki, Ramazan ayından sonra oruc tutan insanlar qidalanmalarına diqqət etməlidirlər: "Belə ki, həmin zaman kəsiyindən sonra insanlar yeni mərhələyə qədəm qoyurlar.
Ramazandan sonra necə qidalanmalı?Qidalanma intervalı yenə də mümkün qədər uzun saxlanmalıdır. Məsələn, səhər yeməyini saat 7-8 radələrində, axşam yeməyini isə saat 6-da yemək məqsədəuyğundur. Orucluq ərəfəsində insanların mədələri kiçildiyinə görə az yemək yeməyə öyrəşirlər. Bu isə həm artıq kilolardan azad olmaq üçün, həm də sağlam həyat tərzinə keçmək üçün ən gözəl mərhələdir". 

Sağlamlıq     Baxılıb: 2500   Tarix: 29 aprel 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

turlar.az

gelinlikler qadin sayti geyim necə seçməli sarimsaqla qurdun mualicesi atalar sozleri ve meseller qutab xemiri pamidor maskasi kosmetika üzeyir hacıbəyli sağlıq prostat novruza aid hakista birlik