"RÄNG" leybl iki işi birdən təqdim etdi: Sevda 1980-ci illərə qayıtdı - VİDEO

"RÄNG" leybl iki işi birdən təqdim etdi: Sevda 1980-ci illərə qayıtdı - VİDEO"RÄNG" leyblinin əməkdaşlıq etdiyi ilk ulduz, Əməkdar artist Sevda Ələkbərzadə şirkətlə üçüncü işini təqdim edib.
Open.az xəbər verir ki, bir müddət əvvəl "Hisslərim dumanda" adlı mahnısı ilə bütün dinləyicilərini 80-ci illərə qaytararaq, dünya trendini ölkəmizə gətirən sənətçi bu dəfə də eyni üslubda davam edib.
"Sən yoluna" adlı yeni mahnının sözləri Orxan Zeynallı, musiqi isə İslam Şirvaniyə aiddir. Klipin rejissorluğunu Fərhad Əli edib. Klipdə Sevda Ələkbərzadə yenidən 80-ci illərin ab-havasını xatırladıb.
Müəllif-ifaçı Murad Arif və repçi PRoMetenin rəhbərlik etdiyi "RÄNG" musiqi leyblı, həmçinin ölkəmizə yeni adların məşhurlaşmasında iddialıdır.
Belə ki, "RÄNG" Sevda Ələkbərzadənin klipiylə eyni gündə, TİMA adlı yeni İfaçının da ilk klipini təqdim edib. Musiqisi TİMA və Murad Arifə, sözləri isə repçi Orxan Zeynallıya məxsus olan nəğmə "Sarılaraq öp" adını daşıyır.
Aranjimanı Emin Kərim (STKHA) tərəfindən edilmiş mahnının klipini Fərhad Əli çəkib. Ekran işində cəsarətli öpüş səhnələri də diqqətdən yayınmır. Hər iki layihə artıq bütün rəqəmsal platformalarda və "YouTube"-da yayımlanıb.
Xatırladaq ki, "RÄNG" leyblı bundan əvvəl gənc ifaçı Günay Bədəlovanın ifasında "Ya Qarabağ, Ya Ölüm" mahnısını, daha sonra isə Türkiyənin əfsanəvi rok qrupu "Manga" qrupunun solisti Ferman Akgül və Sevda Ələkbərzadənin "Ulu Vətən" mahnısını təqdim etmişdir.

Şou Biznes     Baxılıb: 2076   Tarix: 02 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

turlar.az

yaz geyimleri 2026 aksessuarlar donlar 2026 geyim və ayaqqabılar qarazire faydalari qadın və din kabab reseptləri kosmetika oğlan evine aid hakisda maska oğlaq bir arzum var məsəllər