Rayonda qohum-əqrəbaları olanlara ŞAD XƏBƏR! Bundan sonra...

Rayonda qohum-əqrəbaları olanlara ŞAD XƏBƏR! Bundan sonra...Artıq ölkəmizin rayon və kəndlərində yaşayanlar Bakıdakı qohum-əqrəbaları ilə uzun-uzadı hər hansı bir limit olmadan telefonla danışa bilər.

Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RİTN) tərəfindən təqdim edilən yeni xidmətlərdən biridir.

Xidmətin yaradılmasında məqsəd respublikanın bütün bölgələrində yaşayan hər bir vətəndaşın rahatlığını təmin etməkdir.

Nazirlikdən bildirilib ki, "585 – Daşınan şəhər telefon nömrəsi" xidməti bir çox üstünlüklərə malikdir. Belə ki, "585 – Daşınan şəhər telefon xidməti" çərçivəsində Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefon nömrələri artıq bölgələrdə də "585" indeksi ilə eyni statusla işləyir. Yəni 585 prefiksli nömrəsi olan rayon abunəçiləri (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə limitsiz danışıqlar apara bilər.
Belə nömrələrdən istifadə edən abunəçilər adi qaydada internet şəbəkəsinə də qoşularaq internet və televiziya (İPTV və ya WebTV) xidmətlərindən yararlana bilərlər.
Qeyd edək ki, 585 prefiksli bütün nömrələrdən mobil şəbəkələr və beynəlxalq istiqamətlər üzrə xidmətlər isə ödənişlidir.
Bu telefon nömrələrini əldə etmək üçün əvvəlcə "585" prefiksli telefon çəkilişi həyata keçirmək lazımdır. Xidmətdən istifadə etmək istəyənlər bunun üçün yaşayış yeri və qeydiyyatda olduğu ərazinin Telekommunikasiya Qovşağına müraciət etməlidirlər. Telefonun çəkiliş haqqı 30 manatdır. Ayda 15 manat abunə haqqı ödəməklə, bu telefonların limitsiz danışıq xidmətindən istifadə etmək mümkündür.
Bildirilib ki, Tarif Şurasının mövcud qərarına görə, hazırda digər indekslə başlayan şəhər nömrələri üzrə telefondan istifadəyə görə aylıq tarif 2.5 manat, bir dəqiqəlik şəhərlərarası danışıq tarifi isə 0.05 manat təşkil edir.
"Aztelekom" MMC-nin şəbəkəsində 2015-ci ilin mart ayından istifadəyə verilən "585" prefiksi telefon rabitə xidmətindən hazırda 42 rayon Telekommunikasiya Qovşağının xidməti ərazisində istifadə edilir. Digər rayonların Telekommunikasiya Qovşağının Mərkəzi stansiyalarında "585" prefiksinin tanıtdırılması ilə bağlı iş aparılır. Hazırda xidmətdən 1030 abunəçi yararlanır.(ictnews.az)

Xəbərlər     Baxılıb: 22787   Tarix: 19 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

maskalar donlar 2026 geyim və ayaqqabılar tərəvəz yeməkləri sinir sistemi aybaşının gecikməsi səbəbləri ciyər qovurması kosmetika uzeyir hacibeyli novruza aid hakışda webnem tovuzlu arxadan olmag bayatı