Rəsmi şəxslər Nurayla görüşür - Qənirə Paşayeva da ordadır
Ədliyyə Nazirliyinin icra baş idarəsinin Quba icra şöbəsində baş vermiş hadisə ilə bağlı yaradılan İşçi Komissiyası Quba rayonuna səfər edib.
Qadisayti.az apa-ya istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən təşkil olunan komissiya üzvləri 10 yaşlı Nuray və ailə üzvləri ilə görüşür.
Görüşdə komitənin sədr müavini Aynur Sofiyeva, millət vəkili Qənirə Paşayeva, Quba rayon İcra Hakimiyyətinin üzvləri iştirak edir. Görüşdə jurnalistlərin iştirakına icazə verilməyib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən kobudluq əksini tapıb.
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir