Revmatoid artritin kliniki mənzərəsi

Revmatoid artritin kliniki mənzərəsiRevmatoid artritin kliniki mənzərəsi.
Xəstəliyin ilkin əlamətlərində kliniki əlamətlər zəif olur. Xəstələrdə adətən ümumi vəziyyətin pisləşməsi qeyd olunur. Bu zaman xəstələr zəiflikdən, səhərlər hərəkətlərinin məhdudlaşmasından, artralgiyadan, subfebril hərarətdən, arıqlamadan, limfoadenopatiyadan şikayət edirlər. Sonralar isə tədricən oynaqların zədələnmələri meydana çıxır.
Revmatoid artrit zamanı oynaqların zədələnməsi 2 kateqoriyada baş verir:
1. Patensial olaraq geri dönə bilən.
2. Geridönməz struktur dəyişiklikləri.
Revmatoid artrit zamanı sinovial qişanın iltihabının ən parlaq əlaməti səhərlər hərəkətin məhdudlaşmasıdır ki, bu da əsasən 1 saatdan az çəkmir. Hərəkətin məhdudlaşmasının zamanının uzun olması xəstəliyin ağırlıq dərəcəsini bildirir.
Xəstələrin əl və ayaq falanqa oynaqlarında patologiyalar xəstəlik başladıqdan 1-1,5 il sonra meydana çıxmağa başlayır. Sonra xəstələrin diz oynaqlarında, ayaqlarında, daha sonralar isə onurğanın boyun şöbəsində patologiyalara səbəb olur. Bu zaman fəqərə oynağının natamam çıxığı və fəqərə arteriyasının kompressiyası ilə fəsadlaşır. Xəstələrdə səsin kobudlaşması, təngnəfəslik, disfaqiya və residivləşən bronxit inkişaf edir.
Xəstəlik irəlilədikcə oynaqdankənar təzahürlər meydana çıxmağa başlayır və xəstələrin daxili orqanlarında patologiyalar baş verməyə başlayır. Xəstələrdə anemiya,trombositoz və neytropeniya inkşaf edir.
Revmatoid artritə diaqnozun qoyulmasında laborator analizlərin, rentgenoqrafiyanın və USM-nin nəticələri əsas götürülür. Sinovial mayenin müayinəsi diaqnozun təsdiqlənməsində əsas rol oynayan müayinə metodlarından biridir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1585   Tarix: 25 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu vitaminləri ehtiyacınız yoxdursa, içməyin - XƏBƏRDARLIQ

Son illərdə vitamin və mineral əlavələrinin nəzarətsiz istifadəsi sürətlə artıb. qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan tövsiyələr, tanış məsləhətləri və "tez effekt" vədləri səbəbində

.

Mədəniz narahatdırsa, bunları edin

Şişkinlik hiss etdikdə düzgün qidaları seçmək həzm sistemini rahatladır və qaz yığılmasını azaldır.  xəbər verir ki, bəzən az yesəniz də mədədə narahatlıq, sanki hədsiz yemiş kimi hiss edirsiniz. Bu vəziyyətdə qidalanmağınız

.

Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA

Hər dörd nəfərdən biri psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün heç bir addım atmır. xəbər verir ki, "Independent" nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyada Mental Health Foundation təşkilatının sifariş

.

Yeməkdən əvvəl, yoxsa sonra su içmək daha doğrudur? - Mütəxəssislər açıqlayır

Gündəlik həyatda tez-tez müzakirə olunan suallardan biri də suyun yeməkdən əvvəl, yoxsa sonra içilməsinin daha faydalı olmasıdır. Mütəxəssislər bildirirlər ki, bu məsələ orqanizmin xüsusiyyətlərindən və qidalanma vərdişlərində

.

İnsanlar niyə yuxuda danışır?

Yuxuda danışmaq (somnilokviya) çox yayılmış haldır və əksər hallarda təhlükəli sayılmır. xəbər verir ki, bu vəziyyət parasomniyalara daxildir və həm yuxunun dərin, həm də REM mərhələsində baş verə bilər. Həkimlər bildiri

.

Qrip kimi başlayan ölümcül TƏHLÜKƏ: "Hantavirus"un simptomları nələrdir?

Hantavirus qripəbənzər simptomlara səbəb ola bilən nadir bir virusdur və irəlilədikcə ölümcül ağciyər və ya böyrək problemlərinə səbəb ola bilər. xəbər verir ki, əsasən siçanlar və ya siçovullar kimi yoluxmuş gəmiricilə

.

Axşam yeyilən tünd şokolad daha yaxşı yatmağınıza kömək edə bilər

Günün sonunda bədənimiz yorğun olsa da, zehnimizin hələ də "qaçmağa" davam etməsi çoxumuza tanış bir haldır. Yatağa uzanırıq, bədən hazırdır, amma beyin hələ də görüləcək işlər siyahısında gəzişir. Məhz buna gör

.

Dünyanın ən sağlam ədviyyatı seçildi - Zəncəfil deyil

Zəncəfil və sarıkökün populyarlığına son qoyacaq yeni araşdırmanın nəticələri açıqlanıb. Son elmi tədqiqatlar mətbəximizdə hər zaman olan ədviyyatın antioksidant gücü ilə bütün rəqiblərini geridə qoyduğunu sübut edib. xəbə

.

Portağalın hansı faydaları var?

Portağal sağlamlıq üçün ən faydalı meyvələrdən biri hesab olunur.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, portağal C vitamini ilə zəngin olduğundan immun sistemini gücləndirir və orqanizmi müxtəlif infeksiyalar

turlar.az

hamilelikde qidalanma qadin dunyasi geyim seçimi toy gecesi gözəl qadin ulduz falı ayaqqabi ve cantalar kosmetika arıqla tərəzi baliq atalar sözləri yemek reseptleri