Risk qrupunda olan COVID xəstələrinin müalicəsi yalnız həkim tərəfindən aparılmalıdır

Risk qrupunda olan COVID xəstələrinin müalicəsi yalnız həkim tərəfindən aparılmalıdırYeni növ koronavirus (COVID-19) xəstələrinin sayı artanda evdə müalicə alan xəstələrin də sayı çoxalır. Xəstəliyi yüngül keçirənlərin əksəriyyətinə evdə təcrid olunaraq müalicə almaq tövsiyə edilir. Belə olan halda xalq təbabətinə müraciət edənlərin sayı da artır.
Milli.Az bildirir ki, həkim-fitoterapevt Fizuli Hüseynovun AZƏRTAC-a verdiyi məlumata görə, istənilən xəstəliyə qarşı xalq təbabəti üsullarından istifadə etmək mümkündür: "Xəstəliyin əlaməti baş verəndə dərhal ona qarşı müalicəvi tədbir görmək lazımdır. İmmun sistemi yüksək səviyyədə olanda hər hansı infeksiyaya qarşı cavab verə bilir. Onu gücləndirmək üçün qarazirə, udi hindi, zəncəfil, güldəfnə, çobanyastığı bitkilərindən istifadə etmək olar. Xəstəlik vaxtı zoğal mürəbbəsi ilə çay içilməsinin çox böyük faydası var. Zəncəfil çayı içilməsi də çox səmərəli təsir göstərir".
COVID-19 xəstələri həkim müayinəsindən sonra evdə müalicə olunacaqsa, təyin olunan dərmanlar qəbul etməlidir. Bəzi hallarda belə xəstələr lazım gəldi-dəlmədi, müxtəlif dərmanlardan, o cümlədən antibiotiklərdən istifadə edirlər. Ancaq həkim təyinatı olmadan hər hansı dərmanın qəbul edilməsi yolverilməzdir. Onun dediyinə görə, bəzən yanlış aparılan müalicə ağır fəsadlara səbəb olur: "Yanaşı xəstəliklər çox olanda, xəstənin yaşı çoxdursa, risk faktoru, piylənmə və s. varsa, COVID xəstəliyinin gedişi də ağır olacaq. COVID testi pozitiv çıxan risk qrupunda olan bütün xəstələrin müalicəsi yalnız həkim tərəfindən aparılmalıdır. Belə şəraitdə gecikmək, özbaşına türkəçara üsullardan istifadə etmək, hər hansı dərman vasitələrini qəbul etmək qəti qadağandır".
Evdə müalicə alan xəstələr qızardılmış və duzlu yeməklərdən uzaq olmalı, çoxlu maye, mürəbbəli-limonlu çaylar, duru xörəklər qəbul etməli və tərkibində çoxlu vitaminlər olan meyvə və tərəvəzlərdən istifadə etməlidirlər. Koronavirus xəstəsi olan otağın havası da tez-tez dəyişdirilməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1141   Tarix: 28 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

qadin sayti gelinlikler geyim və ayaqqabılar daban agrisi sizanaga qarsi maskalar 1 hefteye 5 kq ariqlamaq göyəmin faydası kosmetika gunay vətən həsrətinə aid bayatılar maraqli hakistalar cinsi əlaqə novruz haqistalari