Röya Aygün Bəylərlə qalmaqalından danışdı: 'Qalxıb ayağa dedim ki

Röya Aygün Bəylərlə qalmaqalından danışdı: 'Qalxıb ayağa dedim ki"Bir dəfə verilişdə məni təhqir etmişdilər. Mən də məhkəməyə verdim, amma sonra yadımdan çıxdı. Bir gün mənə cavab gəldi ki, siz Apellyasiya Məhkəməsinə müraciət etməlisiniz. Soruşdum, nə məhkəməsi? Cavab verdilər ki, siz filankəsi məhkəməyə vermisiniz. Dedim ki, ərizəni cırın, atın".
azxeber.com Musavat.com-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Elgizlə izlə" verilişində illər öncə həmkarı Aygün Bəylərlə olan məhkəməsindən danışarkən deyib.
Röya Ayxan qarşı tərəfin onun şəxsiyyəti və sənəti haqqında təhqiredici ifadələr işlətdiyini xatırladıb:
"O fikirləri səsləndirmək olmazdı. Onunla ikimizin çox yaxın bir dostu var. Mən onu həmin dostumuzun evinə dəvət etdim və bildirdim ki, mənim gəldiyimi deməsin. Ona dedim ki, əzizim, bizim nə problemimiz var? Cavab verdi ki, sən məni toy mərasimində görəndə salam verməmisən. Ayağa qalxdım, dedim ki, bu problem deyil, səni görməmişəmsə 30 dəfə, min dəfə üzr istəyirəm.
Üstündən bir həftə keçdi, çıxıb yenidən verilişdə danışdı. Demək ki, problem inciklikdə deyil, qəlbin içində qara nöqtədədir. Bu da paxıllıqdan irəli gəlir. Allah hər kəsi o nöqtədən hifz eləsin".
Xatırladaq ki, Aygün Bəylər ARB-də yayımlanan verilişdə Röya Ayxan barəsində demişdi:
"Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur… Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən".
Bundan sonra Röya Ayxan Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Aygün Bəylərin ARB televiziyasında səsləndirdiyi fikirlərini təkzib etməsi və mənəvi ziyana da görə 50 min manat təzminat ödəməsini tələb etmişdi.

Şou Biznes     Baxılıb: 1133   Tarix: 28 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

.

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

Azərbaycanlı musiqiçi intihar edib

Azərbaycаnlı musiqiçi İlham Razin vəfat edib. Bu haqda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu məlumat yayıb. Hüseyn bir neçə gün əvvəl qoşanağara ifaçısı olan İlham Razinin intihar etdiyini və onun maddi yardıma ehtiyacı olduğun

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

turlar.az

yay geyimləri 2026 toy makiyajlari adlarin menasi sanamalar bas ortuleri atalar sozleri veten haqqinda meshurlar haqqinda kosmetika pizza burclerin uyumu oyunlar paxlava qiz burcu