Röya: "Sevən adamam, amma yanımda 3 gün qalırsa, deyirəm ki, çıx get"

Röya: "Sevən adamam, amma yanımda 3 gün qalırsa, deyirəm ki, çıx get""Arada yazırlar ki, ay Allah, nə çirkinsən, ölürəm sənin üçün! Elə bilirəm ki, insan yanımdadır, ona görə belə çox istəyir. Mən hələ olduğum yeri anlamıram. Özümə müəyyən çərçivələr qoymuşam, dəliliklərim yerindədir. İndi tamaşaçılar bunu görmür, çünki efirə az çıxıram. Hər gün proqramlarda olsam, betərinin şahidi olarlar. Mən verilişlərdə şarlardan, əlavə bəzəklərdən bezmişəm".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Fatehin divanı"nda qonaq olarkən bildirib. Sənətçi son dövrlərdə ona söz atanlara cavab verməmə səbəbini də açıqlayıb:
"Mən özümə söz vermişəm, sənətə gələn qız və oğlana məsləhət vermərəm. Demişəm ki, əgər məsləhət versəm, üzümə şapalaq vurun! Bir də ki, insanların ailə həyatı qurmağı-ayrılmağı barədə danışmağı sevmirəm. Deyirəm ki, bu mövzuları məndən uzaq tutun. Bir aktrisa (Məlahət Abbasova- red.) mənim barədə xoşəgəlməz sözlər dedi, cavab qaytardım. 3 gecə yata bilmədim, başqalarının pis enerjisini götürmüşdüm. Qoy məndən danışsınlar, özüm gecə rahat yatım. Çünki mən cavab verəndə ağır olur".
Xalq artisti qeyd edib ki, ruhunun sakit olmağı üçün mütəxəssislərdən kömək alır: "Mental sakitliyim üçün türk mütəxəssislərlə görüşürəm. Yollar bağlandığı üçün indi gedə bilmirəm. 2014-cu ildən sonra başa düşdüm ki, əsəblərim yerində deyil, nə deyilirdisə, ağlayırdım. Sən demə, bu uşaqlıqdan qalan bir psixoloji problemdir. Heç vaxt tək qala bilmirəm. Ancaq İstanbuldakı evimə gedirəm. Mən olmadığım halda evimi təmizləyən olur. Lakin mən gedirəmsə, hər şeyi özüm edirəm, beynimi təmizləyirəm. Burada isə mümkün deyil".
Sənətçi Bakı Konqres Mərkəzindəki solo konsertinin karantin dövrünə təsadüf etdiyi üçün maddi zərər gördüyünü bildirib: "Konsertimə ruhən hazır idim. Türkiyə, Ukrayna və Rusiyadan olan mütəxəssislər cəlb etmişdik, təxirə saldıq. Maddi tərəfdən ziyanımız oldu, hələ də davam edir. İndi isə konserti tamamilə dəyişdik. Geyimlər filan... Mən eyni qala bilməzdim. Konsertimə gələn insanların hamısını görürəm. Məni hiss edən insanları o an tapıram. Kim məcbur gəlirsə, onu da deyirəm".
Röya bildirib ki, sevgi insanıdır, lakin eşq yaşadığı şəxslə çox bir arada ola bilmir: "Evdə oturub fikirləşirəm ki, karantin dövründə boşanmaların sayı artacaq. Ya da hər kəs mənim kimi "nə gözəl qohumlarımız var" deyəcək. Mən sevən adamam, amma yanımda 3 gün qalırsa, deyirəm ki, çıxıb getsin".
DJ Fateh R. Ayxanın son fotosessiyasının fotolarını nümayiş etdirərək, "bu şəkillər nə qədər bəylərin votsaplarına göndərilib və xanımları anındaca sildirib" rəyini verib.
Röya isə "yox, qadınlar məni yoldaşlarına qısqanmırlar",- deyə vurğulayıb.

Şou Biznes     Baxılıb: 1899   Tarix: 01 iyun 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

.

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür

Müğənni Nuranla Avroviziya qalibimiz Nigar Camal duet oxuyacaq. Bu barədə Nuran özü məlumat verib. O, "TMB 100.5 FM"də  Lamiyə Ələkbərovanın "Ulduzla danış" rubrikasında danışıb. "Biz görüşəndə bir-birimiz

.

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

turlar.az

qadin sayti kosmetika mehsullari yay geyimləri 2026 mimoza salatinin hazirlanma qaydasi şəkillər xorionik qonadotropin payiz haqqinda insa kosmetika sirniyatlar vusale elizade nizami gencevi qadin saglamlig buga burcu