Röya və Niyam barışdı: "İllərdir bunu gözləyirdim
Xalq artisti Röya Ayxan küsülü olduğu Niyam Salamiyə barışıq addımı ataraq onun bayramını təbrik edib.
azxeber.com xəbər verir ki, bütün bunlar Afaq Gəncəlinin yenilənmiş "ATV10-lar" verilişində baş verib.
Niyam, daha öncə verdiyi müsahibədə illərdir Röya ilə küsülü olduğunu etiraf etmişdi:
"Röya ilə illərdir danışmıram. Hər bayramda onun ətrafında olan dostlarımı təbrik edirəm. Röya da mənim bayramımı təbrik etsə, bu mənimçün gözlənilməz olar".
Atv10-lar komandası müğənninin bu istəyini həyata keçirib və Xalq artisti müsahibəsi zamanı Niyamın bayramını təbrik edib:
"Bayramın mübarək, mənim əzizim Niyam. Sənə sağlamlıq və bol ruzi bərəkət arzu edirəm. Daha sonra isə yaxşı-yaxşı mahnılar" deyə Röya bildirib.
Xalq artistinin bu jesti qarşısında təccübünü gizlədə bilməyən Niyam "İllərlə onun evində çörək kəsmişik. O mənim ən ağır günlərimdə yanımda olub. Bunları unuda bilmərəm. İllərdir Röyadan bu addımı gözləmişəm" deyərək Röyaya təşəkkür edib.
Aysel









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!