Röyadan Aygün haqda gözlənilməz sözlər: "O, əfsanədir..."
Əməkdar artist Röya Ayxan xalq artisti Aygün Kazımovanın bir müddət əvvəl paylaşdığı arxiv video haqda danışıb.
Axşam.az xəbər verir ki, Röya Aygünün bunu barışıq üçün etdiyinə inanmadığını bildirib:
"O jest deyil. Jest odur ki, mən "Altın kelebek" alanda şəklimi paylaşardı. Deyərdi ki, təbrik edirəm. Onda gedib onun əlindən öpərdim. Amma o, belə paylaşım etməz".
Sənətçi xalq artisti ilə küsülü olsa da, onun haqda xoş sözlər deyib:
"O, əfsanədir. O, çevrilişdir. O, gözəl xanımdır. O, əsl şou qadınıdır. Amma mən oxuyanda, o ağlayırdı".
Qeyd edək ki, R.Ayxan bunları "Baku.ws"ın canlı yayımında vurğulayıb.
Xatırladaq ki, Aygün Kazımova bir müddət əvvəl müəllimi, bəstəkar Vaqif Gərayzadəni ad günü münasibətilə təbrik edən maraqlı video yayımlayıb.
2002-ci ildə Heydər Əliyev Sarayında keçirilən "Gələrsiz-görərsiz" konsertindən olan videoda Kazımovanın küsülü olduğu bir çox məşhurlar - əməkdar artist Tünzalə Ağayeva, Röya Ayxan, müğənnilər Samir Bağırov, Natavan Həbibi, Elnarə Xəlilova və aparıcı Kamran Həsənli də yer alıb.









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları