Röyadan ŞOK AÇIQLAMA: " Onu heç vaxt... "

Röyadan ŞOK AÇIQLAMA: " Onu heç vaxt... "Hər zaman səmimiyyəti ilə seçilib. Bəlkə də elə sevilməyinin sirri bundadır. Bu dəfə də keçmişi ilə bağlı heç yerdə danışmadığı sirlərini açdı.

Xanim.az əməkdar artist Röyanın yenicag.az-a müsahibəsini təqdim edir.

- Çox şanslısan, səni bütün yaş təbəqəsindən olan insanlar sevir. Sevilməyinin sirri nədədir?
- Bu, sevgi deyil, inamdır. Yəqin ona görə ki, mən yaxşı qızam, yaxşı övladam, yaxşı bacıyam.

- Nə vaxtsa bu inamı qırmaqdan qorxmursan ki?
- Nə gizlədim, buna görə həmişə qorxuram və hər zaman da qorxacam. Bu qorxu ömrüm boyu məni təqib edəcək. Həmişə yalvarmışam ki, Allah, ağlımı əlimdən alma.

- Həyatında "kaş ki.." dediyin anlar çox olub?
- Mən elə şeyləri sevmirəm. Nə olubsa olub, heç vecimə də deyil.

- Yəni keçmişlə yaşamağı sevmirsən?
- Yox. Bunu heç kimə arzulamıram da. Qoy hamı bunu başından atsın, keçmiş keçmişdə qaldı. Geriyə yox, irəliyə baxsınlar.

- Təbii ki, günahsız adam yoxdur. Allahla söhbətləşəndə hansısa günahına görə bağışlanmağını istəmisənmi?
- Bəzi şeylər var ki, buna görə Allahdan bağışlanmağımı istəmişəm. Amma indidən deyim ki, bu geyimlə bağlı deyil. Birdən elə bilərsiz açıq-saçıq geyimlərimə görə olub, yox. Bu, Allahla mənim aramda olan sirdir, aramızda da qalacaq.

- Leksikonunda "üzr istəyirəm", "məni bağışla" kimi ifadələr varmı?
- Var. Üzr istəməyi sevirəm; baxmıram ki, həmin adam məndən yaşca kiçikdir, ya böyük. Əgər səhvim olubsa, üzr istəməyi bacarıram. Bunu özümə alçaqlıq bilmirəm.

- Düşməninin pis gününə sevinirsən? Ürəyində deyirsənmi ki, yaxşı oldu, mənə etdiyin pislik qabağına çıxdı...
- Qətiyyən. Mən elə şeylərdən qorxuram. Çünki kiməsə gülmüşəmsə, öz başıma gəlib.

- Keçmiş həyat yoldaşın Anarı çətin vəziyyətdə müdafiə etməyin səni çoxlarının gözündə ucaltdı...
- Bizdə boşanma mədəniyyəti yoxdur. Elə qızlar var ki, ərindən ayrılandan sonra uşağı atasından gizlədir. Mənim o qızlara məsləhətim budur ki, qətiyyən belə etməsinlər. Çünki zamanında özüm də o acı taleni yaşamışam.

Valideynlərim boşananda başım çəkib, onlar ayrılıb, acısını biz uşaqlar yaşamışıq. Yadımdadır ki, anam pəncərələrə "reşotka" vurdurmuşdu. Qorxurdu ki, birdən dədəm gələndə biz birinci mərtəbədən hoppanıb onun yanına qaçarıq. Ona görə də mən ilk dəfə əlimə pul düşən kimi atama ev aldım. Axtarıb dədəmi tapdım. Anaların bu addımı düzgün deyil. Əksinə, bu hərəkətlə övlad ataya daha çox bağlanır.

- Yəni heç Anarla aranızda uşağa görə narazılıq olmayıb?
- Əgər bu günə kimi oğlumu atasından aralamağa çalışdımsa, Allah bəlamı versin. Hər cümə günü oğlumun əşyaları yığılır. Yalvarır ki, ana, qoy bir az dostlarımla oynayım. Deyirəm olmaz, düz atanın evinə. Bütün boşanan qadınlara da bunu arzulayıram ki, ağıllı olsunlar. Unutmasınlar ki, qan həmişə çəkir. Övladınızı atasından nə qədər ayrı tutacaqsınız, bir o qədər də ona yaxınlaşdıracaqsınız.

- Anarı unutmaq sənə asan oldu?
- O, heç vaxt unudulmayacaq. Çünki bizim uşağımız var.

Xəbərlər     Baxılıb: 3718   Tarix: 10 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

kosmetika mehsullari geyim və ayaqqabılar geyim necə seçməli qadinlarda soyuqdeyme bizim mətbəx qadın kostyumları gözəl xanım kosmetika mikayıl abdullayev efsaneler haxışda badambura qurd ve quzu