Rusiyada danışarkən ötürülə bilən təhlükəli virus yayılır
Volqoqradın sanitar həkimləri əhalini təhlükəli virusla bağlı xəbərdar ediblər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, əyalətin Rospotrebnadzoru enterovirusların yayıldığını bildirib.
Bu virus qrip və soyuqdəymə əlamətləri altında maskalanaraq, orqanizmə daxil olur, xəstələri çaşdırır, sonradan ağır meningit və ensolefalitə səbəb olur.
İnfeksiyanın oyadıcısı Koksaki A, Koksaki B, ECHO-dur. Bu viruslar soyuq havaya, donmaya davamlıdır.
Otaq temperaturunda enteroviruslar 15 sutka yaşayır.
Yeganə yoluxma mənbəyi insanlardır. Xəstəlikin inkubasiya dövrü sakit keçir.
Adətən sulardan, hovuzdan, süd, çirkli meyvə-tərəvəz, yuyulmamış əllərdən keçir. Eləcə də xəstə insan danışanda ağzından çıxan damcılarla qarşısındakına keçir.
Yoluxandan 5 gun sonra yüksək jərarət, baş, əzələ ağrısı, ürəkbulanma, qusma, limfa düyünlərinin böyüməsi, ishal baş verir.
Qızdırmalı xəstəlik 7 gün davam edir.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu