Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN!

Sabah Bakıda böyük təhlükə olacaq - uşaqlar və yaşlıları QORUYUN!"Yanvar ayının 17-də gözlənilən ifrat təhlükəli hidrometreoloji hadisə haqqında xəbərdarlıq çox güclü küləklə bağlıdır".

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, Ümumdünya Metrologiya Təşkilatının üzvü kimi Azərbaycanda da açıqlanan proqnozlar və xəbərdarlıqlar dünya təcrübəsində qəbul olunmuş meyarlara uyğun verilir: "Sabah üçün verilən ifrat təhlükəli hidrometreoloji hadisəni səciyyələndirən meyar küləyin maksimal sürətinin saniyədə 30 və daha çox olmasıdır. Bu Xəzər dənizinin akvatoriasına aiddir.

Dalğanın hündürlüyünün 6-8 metr və daha çox olması meyarlara görə ifrat təhlükəli hidrometroloji hadisə kimi qiymətləndirilir. Hidrometrologiya xidmətinin vəzifə borcudur ki, meyarlara uyğun olaraq təhlükəli hidrometroloji hadisələri səciyyələndirsin və bu barədə müvafiq xəbərdarlıqları həm dövlət orqanlarına, həm müvafiq təşkilatlara göndərsin. Borcumuz eyni zamanda əhalini gözlənilən hava dəyişikliyi ilə bağlı məlumatlandırmaqdır".

Direktorun sözlərinə görə, sabah Azərbaycanda gözlənilən güclü küləyin sürəti dəniz akvatoriasında daha çox olacaq: "Abşeron yarımadasında sürəti 30 metrdən artıq güclü külək gözlənilir. Bu yarımada üçün çox güclü külək hesab edilir. Bu da o deməkdir ki, bəzi quru ağacların budaqları sına bilər və s. Sabah əhali diqqətli olmalıdır. Yaşlı adamlar ehtiyac yoxdursa çölə çıxmasınlar, valideynlər övladlarını nəzarətsiz çölə buraxmasınlar".

U.Tağıyeva deyib ki, ifrat təhlükəli hidrometreoloji hadisə rayonlarda çox yağıntı və qarla müşahidə olunacaq: "Rayonlarda temperatur kəskin enəcək".

O, insanların xəbər başlıqlarından təşvişə düşməmələrini, bunu normal qəbul etmələrini məsləhət görüb. Bildirib ki, insanlar hava dəyişikliyi ilə bağlı əvvəlcədən məlumatlı olmalıdır: "İndiyə kimi deyirdilər ki, "niyə bizə demirlər?", "niyə xəbərdarlıq etmirlər?", səbəb insanların təşvişə düşmə ehtimalı idi".

Xəbərlər     Baxılıb: 2984   Tarix: 16 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

sade makiyaj sekilleri maskalar qadin sayti qadın məsləhətxanaları əli əmirli praktik badimcan tursusu hazirlanmasi kosmetika bürcler ariqlamaq ariqla cinsi elaqe nagillar