Sabah "ilin toyu"dur: 260 şəxsi təyyarə, 300 cangüdən...

Sabah "ilin toyu"dur: 260 şəxsi təyyarə, 300 cangüdən..."Barselona"nın ulduzu Lionel Messinin nişanlısı Antonella Rokkuzzo ilə toyuna son hazırlıqlar görülür.
Xanim.az apasport.az-a istinadən məlumatına görə, Leonun anadan olduğu Rosario şəhərində sabah təşkil olunacaq toy mərasiminə dünyanın müxtəlif ölkələrindən qonaqlar təşrif buyuracaqlar.

İspaniya mediası məlumat yayıb ki, "ilin toyu" üçün dəvətlilər 260 şəxsi təyyarə ilə Rosarioya yollanacaq. Artıq dünən 12 şəxsi təyyarə Rosario hava limanına enib ki, bu da şəhər üçün rekord göstərici sayılır. Onlar arasında Argentina millisinin üzvləri Serxio Aquero, Pablo Zabaleta və Ezekyel Lavezzi də var. Bu gün isə Xavi Ernandes, Serxio Buskets, Xordi Alba, Luis Suares və Neymar kimi oyunçuların da şəhərə təşrif buyurmaları gözlənilir.

Bundan başqa, 300 təhlükəsizlik əməkdaşı sabah şəhərin mərkəzində iş başında olacaq. Qonaqların məskunlaşacaqları otellərin əməkdaşları ilə yüksək səviyyədə xidmət və məxfiliyin qorunması üçün bir neçə günlük xüsusi müqavilələr imzalanıb.

Toyu izləmək üçün 60 ölkədən 150 jurnalistin akkreditasiyadan keçdiyi vurğulanıb. Onlar üçün qalacaqları oteldə və toyun keçiriləcəyi yerdə iş otağı da ayrılacaq.

Argentina millisinin və "Barselona"nın futbolçularının, eləcə də, futbol dünyasının tanınmış simalarının toyda iştirakı gözlənilir. Ümumilikdə 700 qonağın iştirakı gözlənilən toydan yığılacaq məbləğin Messinin Argentinadakı yardım fonduna yatırılacağı bildirilib.

Argentina mətbuatı Rosario şəhərində son bir həftə ərzində canlanma yarandığını yazıb. Belə ki, şəhər tamamilə təmizlənib, divarlar Messinin şəkilləri ilə bəzədilib, bir çox yerdə ölkə bayrağı asılıb. Sakinlər "sanki başqa planetdə yaşayırıq" deməklə, vəziyyətdən məmnunluq bildiriblər. Messi-Rokkuzzo cütlüyü isə Leonun anadan olduğu evin bir neçə metr məsafəsində təşkil edilən mərasimlə ailə həyatı quracaq.

Qeyd edək ki, cütlüyün Tiaqo və Mateo adında iki oğlu var.

Xəbərlər     Baxılıb: 1622   Tarix: 29 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

maskalar yay geyimləri 2026 sade makiyaj sekilleri hamilələrin qidalanması baliq yaginin faydalari alma cemli piroq pul kisəsi kosmetika narin faydasi ekizler pehriz hakışta lakonizm