Şabalıdın faydalarından siz də yararlanın
Şabalıd pəhriz lifləri, minerallar, sağlam yağlar, vitaminlər və antioksidanlar da daxil olmaqla qida maddələri ilə zəngindir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şabalıdın immunitet sistemini gücləndirmək, xroniki xəstəliklərin qarşısını almaq kimi sağlamlığa bir çox faydası var.
Şabalıdın tərkibində doymamış yağ turşuları ki, bunlar ürək sağlamlığını dəstəkləməyə və xolesterol səviyyəsini balanslı saxlamağa kömək edir. Şabalıd ürək-damar xəstəliklərinə qarşı qoruyucu təsiri olan kalium qaynağıdır.
Bu meyvə bitkisinin tərkibində olan bəzi antioksidantlar şiş hüceyrələrinin böyüməsinə və yayılmasına maneə olur. Tədqiqatlar göstərir ki, şabalıd prostat, kolon və döş xərçənginin inkişafının qarşısını alır.
Bağırsaq sağlamlığınıza fayda verəcək bu qida bağırsaqlardakı faydalı bakteriyaların qidalanmasına kömək edir və həzmi asanlaşdırır.
Şabalıd tərkibindəki lif sayəsində uzun müddət toxluq hissi yarada bilir.
Beləliklə antioksidant və C vitamini mənbəyi olan şabalıd:
1. İltihabın qarşısını almağa kömək edir.
2. Qan təzyiqini tənzimləməyə kömək edərək ürək sağlamlığını qoruyur.
3. Həzmi dəstəkləyir və bağırsaq florasını qoruyur.
4. Xolesterolu azaltmağa kömək edir.
5. Tərkibində kalsium, fosfor və maqnezium olduğu üçün sümükləri gücləndirir.
6. Tərkibindəki B vitamini xoşbəxtlik hormonu olan serotonin istehsalını dəstəkləyir.
7. Arıqlamağa kömək edir.
Şabalıd təbii olaraq şəkər ehtiva edən bir qida olduğundan şəkər xəstələri həddindən artıq miqdarda istehlak etməməlidir.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi