Sabirabadda oğlunu öldürən ata ilə bağlı TƏFƏRRÜAT: Narkotikə görə borcu var imiş... - FOTOLAR

Sabirabadda 7 yaşlı uşağın qətli ilə bağlı araşdırma aparan Sabirabad rayon prokurorluğu hadisə ilə bağlı geniş açıqlama verməsə də, qətlin ailə-məişət zəminində yaranan mübahisə nəticəsində baş verdiyini təsdiqləyib. İstiPress-in Cənub bürosunun kənd sakinlərindən əldə etdiyi məlumata görə, 7 yaşlı oğlu Röyamini xüsusi amansızlıqla qətlə yetirən Sabirabadın Ulacalı kənd sakini 27 yaşlı Röyal Məmmədov uzun illərdir narkotik istifadəçisidir. Bu səbəbdən 1-ci arvadından ayrılan Röyal Məmmədovun ikinci həyat yoldaşından da 3 uşağı var və qətlə yetirilən Röyamin uşaqların ilkidir. Həyat yoldaşının çörəkbişirməklə əldə etdiyi gündəlik çörək pulunu narkotik vasitələr almağa sərf edən R.Məmmədovla yoldaşı arasında tez-tez ailə münaqişələri baş verdiyini, kişinin qadınını tez-tez döydüyünü deyən qonşular atadan belə qansız hərəkəti gözləmədiklərini, bütün kəndin baş verən olayla bağlı şok yaşadığını deyirlər.

Ailə yaxınlarının bildirdiyinə görə, son münaqişə yaşadıqları evin satılması üstündə yaranıb. Qadın ərinə evi satmayacağını, daldalanacaq üçün başqa yerlərinin olmadığını bildirsə də, narkotik almağa görə borcunun olduğunu deyən ər arvadını cəzalandırmaq istəyib. Qadın vaxtında qaçaraq canını qurtarıb. Arvadının qisasını oğlundan almaq istəyən ər onu sürüyə-sürüyə işlək vəziyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində uşağın başına çəkiclə zərbələr vurmaqla onu amansızlıqla qətlə yetirib.

Röyal Məmmədov artıq polis tərəfindən saxlanılıb. Xatırladaq ki, o, bundan əvvəl də oğurluğa görə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

13:40
Daxili İşlər Nazirliyi Sabirabadda 7 yaşlı uşağın atası tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Xanim.az-a verilən məlumata görə, martın 28-də Sabirabad rayonunun Ulacalı kəndində yaşayan - əvvəllər məhkum olunmuş Röyal Məmmədov evində həyat yoldaşı Günel Məmmədova ilə aralarında baş verən münaiqşə zəminində 7 yaşlı oğlu Röyaminin başına çəkiclə xəsarət yetirib və nəticədə uşaq hadisə yerində ölüb.
R.Məmmədov Sabirabad RPŞ əməkdaşları tərəfindən tutulub.

13:22
Dünən axşam saatlarında Sabirabad rayonunun Ulacalı kəndində 7 yaşlı oğlunu xüsusi amansızlıqlıa öldürən 27 yaşlı Məmmədov Röyal Şakir oğlunun əvvəllər hansı cinayətlərə görə məhkum edildiyi məlum olub.

Hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, övladının başına çəkiclə zərbələr endirərək onu vəhşicəsinə öldürən Röyal Məmmədov əvvəllər oğurluq etdiyinə və hərbi xidmətdə olarkən postu qoyub silahı ilə birgə qaçdığına görə məhkum edilibmiş.

O, Cinayət Məcəlləsinin ümumilikdə 4 maddəsi ilə - 177.1 (Oğurluq), 228 (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 338.1 (Döyüş növbəsi çəkmə qaydalarını pozma, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə) və 349.1 (Hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda) təqsirli bilinərək həbs edilib və bu ilin yanvar ayında həbsdən çıxıb.

Bildirilir ki, R.Məmmədov hərbi xidmətə getməzdən əvvəl evlənibmiş, o, sevdiyi qızı qaçıraraq onunla ailə qurubmuş.

Qeyd edək ki, məlum cinayətlə bağlı araşdırmalar davam etdirilir, R.Məmmədov tutularaq istintaqa təhvil verilib.

mənbə: lent.az

11:14
Sabirabadda ata çəkiclə 7 yaşlı oğlunu amansızlıqla öldürüb.

Xanim.az-ın məlumatına görə, qətl hadisəsi Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1990-cı il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı (2010-cu il təvəllüdlü) oğlu – Röyamini xüsusi amansızlıqla qətlə yetirib.

Yenicə məhkumluqdan qayıdan R.Məmmədov həyat yoldaşına uşağın atasının başqa adam olduğunu iddia edib. Aralarında mübahisə yaranıb. Röyal həyat yoldaşını öldürmək istəsə də o, ərinin əlindən qurtularaq qaça bilib. Arvadının qisasını oğlundan almaq istəyən ər onu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində uşağın başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib.

Röyal Məmmədov və həyat yoldaşı polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

mənbə: APA
Sabirabadda oğlunu öldürən ata ilə bağlı TƏFƏRRÜAT: Narkotikə görə borcu var imiş... - FOTOLARSabirabadda oğlunu öldürən ata ilə bağlı TƏFƏRRÜAT: Narkotikə görə borcu var imiş... - FOTOLARSabirabadda oğlunu öldürən ata ilə bağlı TƏFƏRRÜAT: Narkotikə görə borcu var imiş... - FOTOLARSabirabadda oğlunu öldürən ata ilə bağlı TƏFƏRRÜAT: Narkotikə görə borcu var imiş... - FOTOLAR

Xəbərlər     Baxılıb: 1907   Tarix: 29 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

makiyaj etmek qaydalari adlarin menasi hamilelikde qidalanma efirde soyunan aparici münasibətlər ayaqqabılar valideynə məsləhət kosmetika qaynana nizami gencevi xeyanet ekizler birlik haqqinda