Sabun ömrü qısaldır
Alimlər antibakterial sabunlardan istifadənin insanların ömrünü qısaltdığını bildirirlər.
Qadınsaytı.az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, sabundakı antibakterial və gigiyenik təsirli kimyəvi tərkiblər ömrü qısaldır. Siçovulların üzərində aparılmış təcrübə nəticəsində məlum olub ki, yedirmə dövründə triklokarban maddəsinin təsirinə məruz qalan siçovulların ömrü nəzərə çarpacaq dərəcədə qısalır.
Tədqiqata əsasən inkişafın erkən mərhələsində - laktasiya dövründə orqanizm triklokarbanın neqativ təsirinə məruz qalır. Alimlərə görə, triklokarban kişi cinsindən olan siçovullarda artıma və cinsiyyət orqanlarının inkişafına mənfi təsir göstərə bilər. Mütəxəssislər tədqiqat nəticəsində yedirmə dövründə və ya ana bətnində bunun nəslə təsir edə biləcəyini müəyyən etməyə çalışıblar.
Alimlər hamiləlik dövrünə görə siçovulları (siçovullarda 21 gün davam edir) iki qrupa bölüblər. Birinci qrupu adi yemlə yediriblər, digər qrupun yeməyinə triklokaban əlavə ediblər. İkinci qrup siçovulların qanında 0,6 faiz triklokarban müşahidə olunub, bu, 15 dəqiqə ərzində duş qəbul etmiş insanın qanındakı triklokarban maddəsinin miqdarına uyğundur. Nəticədə məlum olub ki, qida vasitəsilə kimyəvi maddə qəbul edən siçovulların ömrü daha qısadır. Bundan başqa, alimlər kimyəvi maddənin zərərli təsirini məhz yedirmə dövrü ilə əlaqələndirirlər.
Publika.az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər
Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir
Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir
Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Rihanna müəlliminə ev aldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?