Saçlardakı problemləri aradan qaldıracaq vasitələr
Mövsüm dəyişiklikləri zamanı saçlarda bəzi problemlər yaranır. Saç dibləri qızarır, quruluq artaraq kəpəyin çoxalmasına səbəb olur və qaşınma yaranır.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sözügedən problemlərin səbəbi və əlamətləri insandan insan dəyişir. Lakin sizdə adıçəkilən simptomlar varsa, aşağıdağı məsləhətlərə əməl edə bilərsiniz:
1. İstifadə etdiyiniz şampun və kremləri dəyişin. Xüsusilə yay mövsümü üçün günəşin ultrabənövşəyi şüalarından qoruyan, nəmləndirən məhsullara üstünlük verin. Tərkibində sink pirition, selenium sulfid, ketokonazol, tar, salisilik turşusu olan şampunlardan istifadəsi edin.
2. Mineral yağ və ya zeytun yağı saç dibinə çəkib bir neçə saat gözləmək, sonra saçları yumaq dərini yumşaldır.
3. Baş dərisində problem varsa, onu aradan qaldırana qədər saçı formaya salmaq üçün istifadə olunan kremlər, spreylər və gellərdən uzaq durun.
4. Ədviyyatlı qidalar saç köklərini qıcıqlandıraraq yağ vəzilərinin işini sürətləndirir. Bu isə tökülmə və kəpək problemlərinə səbəb olur. Bu səbədən acı və ədviyyatlı qidaların miqdarını azaltmağa çalışın.
5. Əgər sadalanan və ya istifadə etdiyiniz hər hansı təbii vasitə xəstəliyi aradan qaldırmırsa, mütəxəssisə müraciət edin.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu