Saçları 5 dəfə tez uzadır - Bu yağlardan istifadə edin

Saçları 5 dəfə tez uzadır - Bu yağlardan istifadə edinSürətlə uzanan, güclü, sağlam və canlı saçlara sahib olmaq hər bir qadının arzusudur. Saçlar təbiətcə həssasdır və çox tez yıpranır.  Aşınmış saçlar cansızlaşır və uzanması yavaşlayır.  Saçlarınızı sürətlə uzatmaq istəyirsinizsə, düzgün qulluq üsullarını tətbiq etməli və saçlarınızı təbii yağlarla qidalandırmalısınız. Vitaminlərlə zəngin olan bəzi təbii yağlar saç köklərini qidalandıraraq onların daha güclü və sağlam böyüməsinə kömək edə bilər. Saçların daha sürətli uzanmasına kömək edən təbii yağlar saç tökülməsini də dayandırır.
Milli.Az Lent.az-a istinadən saç uzanmasına kömək edən bir neçə təbii yağı təqdim edir:
Bibəriyə(rozmarin) yağı 
Rozmarin yağı antibakterial və antioksidan xüsusiyyətlərə malikdir. Bu yağ dəri və saç sağlamlığını qoruyan təbii yağlar arasındadır. Rozmarin yağı saç tökülməsinin qarşısını almaqda xüsusilə uğurludur.
Yeni saçlar çıxarır və saçların daha da güclənməsinə kömək edir. Ümumiyyətlə, saçınıza rozmarin yağını tək çəkmək məsləhət görülmür. İki damcı rozmarin yağı ilə 2 xörək qaşığı kokos, jojoba, badam və ya avokado yağlarını qarışdırın. Bu qarışığı saçlarınıza çəkin və baş dərinizə masaj edin. 30 dəqiqədən sonra yuyun. Bu yağı həftədə bir dəfə müntəzəm olaraq saçınıza tətbiq edin. 
Arqan yağı 
Arqan yağı xalq arasında maye qızıl kimi tanınır. Arqan yağı dəri və saç baxımında ən çox istifadə edilən təbii yağlardan biridir. O A və E vitaminləri ilə çox zəngindir. Daimi istifadə edilən arqan yağı saçların daha sürətli uzanmasına yardım edir. Saç follikullarını aktivləşdirir və qan dövranını sürətləndirir. Arqan yağı saç diblərinin nəfəs almasına şərait yaradır. Quruluq problemini, kəpəyi aradan qaldırır və təkrarlanmasının qarşısını alır. Sağlam saçlara sahib olmaq üçün saçlarınızı arqan yağı ilə masaj edə bilərsiniz. Yatmazdan əvvəl başınıza bir neçə damcı arqan yağı sürtün. Dairəvi hərəkətlərlə baş dərinizə 10 dəqiqə masaj edin. Arqan yağını bütün gecə saçınızda saxlayın. Bu üsuldan həftədə 2-3 dəfə istifadə edin.
Kokos yağı 
Kokos yağı çox güclü təbii nəmləndiricidir. Saç köklərinə bu yağı sürtdükdə saçınızın təbii nəm tarazlığını qoruyub saxlaya və saçlarınızın keyfiyyətinin itirilməsinin qarşısını ala bilərsiniz. Kokos yağı saç foliküllərini aktivləşdirir və onların daha sürətli uzanmasına kömək edir. Saç tellərini də bərpa edir və saç qırılmasına mane olur. Təmiz, quru saçlarınıza 10-15 dəqiqə kokos yağı ilə masaj edin və saç dərinizə çəkin. Minimum 3 saat gözləyin və sonra saçınızı yuyun.
Zeytun yağı 
Zeytun yağı E vitamini ilə zəngin təbii yağdır. O saç köklərini qidalandırır. Saçların güclü və sağlam uzanmasına kömək edir. Zeytun yağı saçlar üçün ciddi nəm mənbəyidir. Saçları nəm saxlayır. Qırılmanın və aşınmanın qarşısını alır.
Zeytun yağı ilə saçlarınızı çox sürətlə uzada bilərsiniz.  Baş dərinizə ilıq zeytun yağını çəkin. Bir neçə dəqiqə yumşaq bir şəkildə masaj edin. Saçınızı dəsmal ilə sarın və bütün gecəni belə yatın. Səhər yuxudan duranda saçlarınızı yuyun. Bu üsulu müntəzəm olaraq həftədə bir dəfə istifadə edin.
Gənəgərçək yağı 
Çox vaxt "kastor" yağı kimi də adlandırılan bu yağda çoxlu E vitamini var. Gənəgərçək yağı bu vitamin E sayəsində saç köklərini gücləndirir. Saçların köklərini aktivləşdirərək onların daha sürətli uzanmasına kömək edir.
Bu yağ baş dərisini qidalandırır və qan dövranını sürətləndirir. Saçların qırılmasının qarşısını alır. Güclü uzanma təmin edir. Gənəgərçək yağından istifadə edərək hazırlayacağınız maska ilə saçlarınızı 1 ay müddətində uzada bilərsiniz. 2 xörək qaşığı gənəgərçək yağı, 1 xörək qaşığı bal, 1 yumurta götürün.
Bütün inqrediyentləri bir qabda yaxşıca qarşdırın. Hazırladığınız qarışığı baş dərisinə masaj edərək çəkin. Sonra yavaş-yavaş saçınıza çəkin. Qarışığı saçınızda 4 saat saxlayın. Sonra ilıq su ilə yaxşıca yuyun. Qarışığı həftədə 2 dəfə təkrarlayın.
Kəklikotu yağı
Kəklikotu yağı saçın dibində yaranan quruluq, qaşınma və soyulma kimi problemləri aradan qaldırır. Baş dərisini rahatlaşdırır. Kəklikotu yağı saçda nəmliyi saxlayır və onu xarici amillərə qarşı gücləndirir. Saç tellərini düzəldir və qalınlaşdırır. Kəklikotu yağını mütəmadi olaraq istifadə edərək, saçlarınızın uzanmasına şərait yarada bilərsiniz.
5 damcı kəklikotu yağı və 1 damcı E vitamini qarışdırın. Baş dərisinə masaj edərək tətbiq edin. Saçlarınızda 1-2 saat saxlayın. Saçınızı maskadan təbii şampunla təmizləyin. Bu maskanı həftədə bir dəfə tətbiq edin. 
Milli.Az  / news.milli.az

Xəbərlər     Baxılıb: 1258   Tarix: 06 iyun 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

həkim məsləhəti geyim necə seçməli geyim və ayaqqabılar bolqar biberinin faydasi qadın sinəsi saca xina qoymaq qaydasi tanınmış qadın simalar kosmetika sağlamlığa aid atalar sözləri haxisda veten haqqinda bayati uzeyir novruz hakistalari