Saçları gücləndirir, dərini də gözəlləşdirir

Saçları gücləndirir, dərini də gözəlləşdirirGül suyu xoş qoxusu, təbii və faydalı tərkibinə görə bir çox sahədə üstünlük verilən məhsuldur. 
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qida, kosmetika, tibb, tibb və əczaçılıq kimi bir çox sektorda istifadə olunur.
Gül suyu içmək soyuqdəymə və boğaz ağrılarına yaxşı təsir edir. Əsəbləri rahatlaşdıraraq yorğunluğu aradan qaldırmağa yardımçı olur.  Lakin daha çox dəriyə qulluq vasitəsi kimi gül suyu geniş tətbiq edilir.
Gül suyu dərinin nəm balansını qoruyur. Təbii tərkibə malik olduğu üçün nəmləndirir və bütün dəri tipləri üçün faydalıdır.
Gül suyu dəri üçün əla tonik hesab olunur. Makiyajdan sonra və gecə yatmazdan əvvəl üzü gül suyu ilə təmizləyərək parlaq və canlı dəriyə sahib olmaq olar.
Göz altı şişlərinə də yaxşı təsir göstərir. Pambıq vasitəsilə yorğun və yuxulu olan gözlərin alt nahiyəsinə çəkmək faydalıdır. Bir müddət sonra şişkinliyin azaldığını görmək mümkündür.
Dərinin pH balansını qoruyaraq ləkələrin aradan qaldırılmasında mühüm rol oynayır. Hava şəraitinə görə dəridə yığılan toksinlərin çıxarılmasına kömək edir. Tıxanmış məsamələri açır və dərinin hamar bir təbəqəyə sahib olmasını təmin edir. Daimi istifadə edildikdə, mat görünüşlü canlı dəriyə sahib olmaq olar.
Bundan əlavə, tərkibindəki güclü antioksidantlar sərbəst radikallarla mübarizə aparır, dəridə kollagen istehsalını dəstəkləyir və qırışların görünüşünü azaldır. Eyni zamanda dərinin elastikliyini artıraraq daha gənc görünüş təmin edir.
Gül suyu təkcə dəriyə qulluqda deyil, saç sağlamlığında da mühüm rol oynayır. Təbii xüsusiyyətləri sayəsində baş dərisini qidalandırır, saçları gücləndirir və parlaqlıq verir. Saça gül suyunu şampuna əlavə edərək və  ya sprey vasitəsilə tətbiq etmək olar.
Gül suyu saç tellərini qidalandırır, onlara təbii parlaqlıq və yumşaqlıq verir.
Gül suyu hazırlamaq üçün kiçik bir qazanda su və gül ləçəklərini qarışdırın. Qaynamağa başlayanda istiliyi minimuma endirin. Gül ləçəklərinin rəngi daha açıq və şəffaf olana qədər gözləyin. Qapağı açmadan soyumağa qoyun və daha sonra istifadə edin.
Üzünüzə çəkdikdən sonra təxminən 10 dəqiqə gözləyə və dərinizi soyuq su ilə yuya bilərsiniz.
Milli.Az

Xəbərlər     Baxılıb: 1583   Tarix: 26 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

aksessuarlar yay geyimləri 2026 qis geyimləri 2026 həkim məsləhəti intim münasibətləri dondurma reseptləri dolça bürcü kosmetika naz mila yuxuda qara ilan gormek azerbaycanli is adami amerikada gullelendi aslan veten haqqinda bayatilar