Saçlarımız niyə ağarır? - VİDEO
Saçın ağarması, tarix boyu nədənsə neqativ hadisə, fakt kimi qəbul edilib. Və bunun səbəbi müzakirə mövzusu olub. Kimisi bu olayı yetkinliyin və bilgəliyin işarəsi kimi, kimlərsə yaşlılığın və zəifliyin əlaməti kimi qəbul edib.
Medicina.az saçlarımızın ağarma səbəbini araşdırıb.
Əslində, saç teli içində melanin deyilən rəng piqmentləri olan boş bir borudan başqa bir şey deyil. Gənc yaşlarda bu boşluqda saça rəng verən melanini burada saxlayan maye olur. Yaşlandıqca dərimiz, saçlarımızı və vücudumuzdakı digər tükləri əvvəlki kimi sağlam saxlaya bilmir. Bu maye azalır və öz növbəsində saçımızı qara saxlayan melanin tutunmağa yer tapmır, beləcə onun yerini boş hava əvəz edir. Nəticədə saçlar boyasız hala gəlir, ağ rəngə, yəni əsl rənginə çevrilir.
Saçımızın tam ağarma müddəti 10/20 il çəkə bilər. Əslində hər bir saç telinin rəngi ya qaradır (sarı, qırmızı, qumral və s.) ya da ağ. Yəni hər bir saç teli yavaş-yavaş bozarıb ağarmaz. Ancaq bu müddət ərzində hamısı eyni anda ağarmadığından, ağların sayı artdıqca bütün saçlar getdikcə açılan boz rəngə çevrilir. İşin qəribə tərəfi boya hüceyrələri bəzən artıma sürət qatırlar. Yəni getdikcə ağaran saçlar, müvəqqəti olaraq yenidən tündləşmiş kimi görünə bilər.
Saçların davamlı olaraq uzandığını, müəyyən bir müddət sonra tökülüb, altından yeni saç gəldiyini xatırlasaq, mövcud saçın deyil, ancaq yeni çıxan saçın ağ ola biləcəyi dolayısı ilə saçların bir gecədə ağarmasının mümkün olmadığı görünür. Ancaq elm adamları bu hadisənin bir neçə həftəlik müddətdə baş verə biləcəyini söyləyirlər.









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları