Saçlarınız quruyub və qırılırsa bunları edin
Saç tökülməsinin, qurumasının qarşısını almaq heç də çətin və ya bahalı prosedur deyil. Bunu ev şəraitində asanlıqla edə bilərsiniz. Tənbəl olmayan xanımlar bu bəladan ev şəraitində asanlıqla qurtula bilərlər.
Milli.Az Axşam.az-a istinadən saçlarınızdakı problemi aradan qaldırmanız üçün bəzi məsləhətlər təqdim edir:
· Əgər saçlarınız hansısa vitamin çatışmaşlığı səbəbindən tökülürsə, bu zaman çoxlu ət, meyvə, ən əsası alma, göyərti yeməyiniz məsləhətdir.
· Zeytun yağını saçınızın dibinə çəkib, 20 dəqiqə saxladıqdan sonra həmin tərkibli şampunla yuyun.
· Zəncəfil şirəsini küncüd yağı ilə qarışdırıb, saçın diblərini onunla masaj edin. 10 dəqiqə saxladıqdan sonra yuyun.
· Bir soğanı sıxıb, şirəsini çıxarın. Üzərinə gənəgərçək yağı, 1 ədəd yumurtanın sarısını əlavə edib, qarışdırın. Gənəgərçək yağını zeytun yağı ilə də əvəz etmək olar. Saçınızı yumazdan 45 dəqiqə əvvəl bu qarışığı diblərinə sürtün, sonra saçlarınızı selofanla örtüb, dəsmalla bağlayın. Bunu ayda bir dəfə etməyiniz məsləhətdir.
· Yarım stəkan quru kəklikotunu toz halına gətirib, üzərinə iki stəkan qaynar mineral su əlavə edin. Qarışıq dəmlənib, soyuduqdan sonra süzgəcdən keçirin. Başınızı yuduqdan sonra dəmləməni başınızın diblərinə sürtüb, masaj edin. Başınızı dəsmalla bağlayın və 15 dəqiqə saxladıqdan sonra saçlarınızı yuyun.
Milli.Az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu