ŞAD XƏBƏR: Azərbaycanda bu şəxslərin maaşı ARTIRILDI

ŞAD XƏBƏR: Azərbaycanda bu şəxslərin maaşı ARTIRILDINazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri"ndə dəyişikliklər edib.

Xanim.az-ın məlumatına görə, indiyə qədər dəyişikliyə əsasən bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələr üçün tədris məşğələləri keçən professor, elmlər doktoruna saathesabı 4,40 manat, dosent, fəlsəfə doktoruna 2,90 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,25 manat ödənilib.

Dəyişikliyə əsasən, bundan sonra müvafiq olaraq elmlər doktoruna saathesabı 4,85 manat, dosent, fəlsəfə doktoruna 3,20 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,50 manat ödəniləcək. Buna qədər xüsusi təyinatlı (hərbi, milli təhlükəsizlik və s.) təhsil müəssisələrinin tələbələri, kursantları və dinləyiciləri üçün tədris məşğələləri keçən professor, elmlər doktoruna saathesabı 5,20 manat, dosent, fəlsəfə doktoruna 3,75 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,55 manat ödənilib. Bundan sonra müvafiq olaraq professor, elmlər doktoruna saathesabı 5,75 manat, dosent, fəlsəfə doktoruna 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,80 manat ödəniləcək. İndiyə qədər aspirantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri üçün tədris məşğələləri keçən professor, elmlər doktoruna saathesabı 6,30 manat, dosent, fəlsəfə doktoruna 4,40 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 2,90 manat ödənilib. Dəyişikliyə əsasən bundan sonra müvafiq olaraq tədris məşğələləri keçən professor, elmlər doktoruna saathesabı 6,95 manat, dosent, fəlsəfə doktoruna 4,85 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslərə 3,20 manat ödəniləcək.

Əməyin saathesabı ödənilmə məbləğlərinə məzuniyyət haqqı daxil edilir. İndiyə qədər müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,20 manat, dosent, fəlsəfə doktoru üçün 3,75 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,55 manat müəyyənləşdirilib. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,30 manat, çılpaq naturada isə 5,50 manat məbləğində müəyyən olunub. Əməyin saathesabı ödənilmə məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunub. Dəyişikliyə əsasən bundan sonra müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor, elmlər doktoru üçün 5,75 manat, dosent, fəlsəfə doktoru üçün 4,15 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2,80 manat müəyyənləşdirilir. Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 3,65 manat, çılpaq naturada isə 6,05 manat məbləğində müəyyən olunur. Əməyin saathesabı ödənilmə məbləğləri yenə də mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunacaq. (APA)

Xəbərlər     Baxılıb: 4156   Tarix: 12 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

qaşların formalari geyim necə seçməli toy makiyaji sekilleri pilinqin hazirlanmasi çanta dəriyə qulluq praktik kosmetika kökəlmək üçün nizami gəncəvi novruz hakışdaları maraqlı atalar sozleri