"Sağalmışam, sevinə-sevinə evimə gedirəm" - VİDEO

"Sağalmışam, sevinə-sevinə evimə gedirəm" - VİDEOSon günlər statistikaya nəzər salsaq, Azərbaycanda koronavirusdan sağalanların sayının artdığını görərik. Belə ki, ötən günün rəqəmlərinə əsasən daha 453 nəfər COVİD-19 virusundan sağalaraq evə buraxılıb.
Milli.Az xəbər verir ki, xəstəliyin ağır günlərini geridə qoyanlar REAL TV-yə xəstəliklə mübarizə apardıqları çətin günlərdən danışıb. Dedikləri ilk cümlələrsə belə olub: "Hələ də bəzi insanlar buna barmaqarası baxır. Yalan deyil, biz bunu yaşadıq. Hər gün boğulurduq".
Nərminə Əhmədova 15 gün xəstəliklə mübarizə aparıb. Yüksək hərarətlə xəstəxanaya yerləşdirilən qadın həm də süni tənəffüs aparatına qoşulu halda mübarizəsini davam etdirib. Hazırda isə verdiyi bütün analizlərin cavabı təmiz çıxıb: "Sağalıb evə yazılmışam. Sevinə-sevinə evimə gedirəm. Bu gün ayaqüstəyəm, rahatam, özümü çox sərbəst hiss edirəm. Hər kəs özünü və ətrafını qorumalıdır".
Xəstəlikdən sağalan Alimə Aşurova isə xəstəxanaya gəldiyi günlərdə vəziyyətinin heç də yaxşı olmadığını bildirib: "İkinci gün dedim ki, özümü pəncərədən aşağı atacam. Dözə bilmirdim. Məndən çox qorunan yox idi. 40 il həkim işləmişəm". 
Sağalanlardan biri də Ələmdar İsgəndərovdur. O, 17 gün xəstəxanada müalicəsini davam etdirib və ötən gün evə buraxılıb: "Həkimlərimiz sağ olsun, bizi müalicə etdilər. Üç gün süni tənəffüs aparatına bağlı qaldım, həqiqətən həddindən ağır xəstəlikdir".
Milli.Az

/news.milli.az

Xəbərlər     Baxılıb: 1484   Tarix: 08 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

adlarin menasi reseptler toy makiyajlari pustenin faydalari qadın sağlamlıq şaftalının xeyri xorionik qonadotropin kosmetika nizami gəncəvi novruz bayrami hakisda janrlar novruza aid hakisdalar burclər