Sağlam arıqlamaq üçün nə etmək lazımdır?

Sağlam arıqlamaq üçün nə etmək lazımdır?Emosional aclıq zaman-zaman hamının yaşadığı problemdir. Çox vaxt fiziki aclıq hiss etməsəniz də duyğularınızda yaranan bəzi boşluqları yeməklə doldurmaq ehtiyacı hiss edirsiniz. Xüsusilə stres, narahatlıq və ya depressiyada olarkən yemək istəyimiz daha da artır. Belə ki, qanda stress hormonu - kortizolun səviyyəsi yüksəlir, bu da xoşbəxtlik hormonu - serotoninin ifrazını azaldır. Karbohidratlı qidalar qəbul etmək isə bu hormonu artırdığı üçün orqanizm şirniyyat və ya digər un məmulatları qəbul etmək ehtiyacı hiss edir.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, çəki atmaq psixologiyaya təsir etdiyi kimi, psixologiya özü də artıq çəkidən qurtulmağa təsir edə bilər. Bu səbəbdən pəhrizə başlamazdan əvvəl buna hazır olmalısınız.
Bəs sağlam formada çəki atmaq üçün nə etmək lazımdır?
1. Şüuraltı motivasiya
Şüuraltına ötürdüyünüz mesajlar zamanla şüura, yəni davranışlarınızda əks olunur. Düzgün mesaj isə yemək vərdişinizi də dəyişə bilər. Gün ərzində özünüzü həvəsləndirin. Məsələn, "Sən bunu edə bilərsən", "Bu yeməyi yeməməyə iradən var" kimi sözlərlə motivasiyanızı artıra bilərsiniz. Bu təklifləri gün ərzində 2-3 dəfə təkrar edin. Zamanla müsbət dəyişikliklər əldə edəcəksiniz.
2. Gəzinti və ya idman
Gəzinti və idman endorfin adlanan xoşbəxtlik hormonunun ifrazını artırır. Stresli olduğunuz zaman yemək əvəzinə qısa bir gəzintiyə çıxın. Araşdırmalar göstərir ki, həftədə 3 gün 30 dəqiqə gəzinti insanı depressiyadan qoruyur. Əgər bunu etmək istəmirsinizsə, musiqi qoşub evdə rəqs belə edə bilərsiniz.
3. Nəfəs məşqləri 
Dostlarla məclisdə əyləşdiyiniz zaman israrla sizə yemək təklif olunur və ya soyuducunun qarşısında özünüzlə mübarizə aparırsınızsa, nəfəs məşqləri edin. Dərin nəfəs alıb yavaş-yavaş verin və bunu bir neçə dəfə təkrarlayın. Yeməyi yedikdən sonra necə hiss edəcəyinizi təsəvvür edin.
4. Kalorisi aşağı olan pəhrizlərdən uzaq durun
Pəhriz saxlamaq dedikdə insanların ağlına az və kalorisiz yemək gəlir. "İnanılmaz" nəticələr vəd edən, ac qalmağa vadar edən pəhrizlər tam əksi insanı daha çox yeməyə təşviq edir.
Milli.Az 

Xəbərlər     Baxılıb: 1294   Tarix: 04 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

qadin dunyasi geymler 2026 kosmetoloq dərslər toy ideyalari laylalar milli yeməklər kosmetika eqreb xanim az paxlava rus dilini öyrənək