Sağlam uşaq dünyaya gətirmək üçün məsləhətlər

Sağlam uşaq dünyaya gətirmək üçün məsləhətlərHamiləlik dövrü hər bir qadının həyatında əvəzolunmaz bir dövrdür.Hər bir hamilə qadın sağlam uşaq dünyaya gətirmək istəyir.Sizləri nəzərə alaraq bu dəfə ki, müvzumuz sağlam uşaq dünyaya gətirmək üçün yığdığımız vacib məsləhətlərdir.Bunlara əməl edən hər bir qadın sağlam uşaq dünyaya gətirəcəyindən heç şübhəsi olmasın.Təbii ki,hər şey Allahın əlindədir.+

Hər bir qadın hamilə olduğunu bildiyi andan kifayət qədər zülal, yağlar, karbohidratlar və vitaminlər almalıdır. Bu dölün normal inkişafı və ananın hamiləlik, doğuşdan sonrakı dövrdə sağlamlığı üçün vacib şərtdir.

Bir neçə maraqlı faktlara nəzər salaq.
Şimali Amerikada, Avropada və İsraildə aparılan geniş miqyaslı tədqiqatlar göstərmişdir ki, minimum 6 ay hamiləlik zamanı polivitamin kompleksi qəbul etmiş anaların uşaqlarında baş beynin şiş xəstəlikləri digər anaların uşaqlarına nisbətən rast gəlmə tezliyi aşağıdır.

ABŞ-nın alimləri söyləmişdilər ki, hamiləlikdən qabaq 3 ay ərzində polivitamin kompleksinin qəbulu körpələrdə anadangəlmə ürək qüsurlarının riskini azaldır.
Boston Universitetinin alimlərinin tədqiqatları göstərmişdir ki, Fol turşusu və B qrup vitaminlər mədəciklərarası arakəsmənin, sidik-cinsiyyət sisteminin qüsurlarının, anadangəlmə hidrosefaliya və pilorostenozun əmələgəlmə riskini azaldır.

Gələcək analar vitaminlərə, xüsusəndə vitamin A,C, B1, B6 və Fol turşusuna ehtiyac duyurlar. Qadın bütün bu elementlərlə mayalanmadan evvəl, hamiləlik və laktasiya zamanı təmin olunmalıdır. Bütün bunlar ananı və körpəni bir çox xoşagəlməz hallardan qoruyur.
Mayalanma və hamiləlik dövründə qadın orqanizmindəki hipovitaminoz halı anadangəlmə inkişaf anomaliyalarına, hipotrofiyalara, yarımçıqdoğulmalara, körpənin fiziki və zehni inkişafdan geri qalmasına səbəb olur. Məhz bu baxımdan, hamiləliyi planlayan hər bir qadın polivitamin kompleksi haqqinda düşünməlidir.

Məlumdur ki, vitamin E reproduktiv funksiyaya müsbət təsir göstərir. Vitamin E (tokoferol) - yunan sözü olub, tokos nəsil, feros törətmək mənasını verir. Vitamin E defisiti hamiləlik toksikozlarına, həmçinin reproduktiv funksiyaların patologiyalarına səbəb olur.
Bütün bunları nəzərə alaraq söyləyə bilərik ki, hamiləliyə hazırlıq dövrü, hamiləlik və laktasiya zamanı hər bir qadın polivitamin kompleksi qəbul etməlidir. Lakin bu kompleksləri necə seçməli?
Vitamin kompleksi unikal olan bioloji "ana-döl" sistemini tam ödəyəcək miqdarda və tərkibdə olmalıdır.
Təbii ki, vitaminlərin minimal sutkaliq dozası fərdi olaraq dəyişir, lakin ümumiləşdirilmiş statistik göstəricilərə əsasən vitaminlərin minimal sutkalıq dozası aşağıdaki miqdardadır.

VitaminA 800 mkq
VitaminD 10 mkq
VitaminК 65 mkq
VitaminЕ 15 mq
VitaminС 75 mq
VitaminВ1 1,4 mq
VitaminВ2 1,6 mq
VitaminВ6 3 mq
VitaminВ12 2,2 mkq
Vitamin РР 17 mq
Fol turşusu 800 mkq

Məsələn Siz optimal balanslaşdırılmış polivitamin kompleksi olan, Maternellanı seçə bilərsiniz.

Kompleks preparat olan Maternella hamilə qadının gün ərzində vitamin və minerallara olan tələbatını ödəyərək, qadın və körpənin sağlamlığını təmin edir. Maternella preparatının tərkibinə daxil olan komponentlər qadın orqanizmində hamiləliyə hazırlıq, hamiləlik vaxtı və doğuşdan sonrakı dövrdə vitamin və mineral çatışmazlığını aradan qaldırmağa imkan verir. Maternellanın tərkibinə orqanizm üçün zəruri olan vitaminlər təbii formada, boyayıcı və aromatlaşdırıcı maddələr olmadan balanslaşdırılmış miqdarda daxildirlər. Gün ərzində cəmi 2 kapsulun qəbulu orqanizmi lazım olan vitaminlər və minerallar, o cümlədən fol turşusu, dəmir, kalsium və yod ilə təmin edir.
Fol turşusu:
Vitamin B9-Fol turşusu. Hamiləliyə hazırlıq dövründə və mayalanmanın ilk həftələrində fol turşusu qadının qida rasionunda mutləq olmalıdır. Bu, gələcək körpənin sağlam daxili orqanlara, güclü sinir sisteminə malik olmasına imkan yaradır. Hamiləlik dövrünün rahat keçməsi üçün fol turşusu vacibdir; həzm prosesini tənzimləyir; sinir sistemini gücləndirərək gözəl əhval-ruhiyyə yaradır. Fol turşusu həmçinin doğuşdan sonrakı depressiyanı aradan qaldırmaq üçün əvəzolunmazdır.
Kalsium:
Sümüklərin, dişlərin, dırnaqların, saçların tərkibinə daxildir. Kalsium sinir oyanmasının ötürülməsini təmin edir ki, nəticədə beynin, ürəyin iş rejimi tənzimlənir, yaddaş yaxşılaşır, skelet və daxili orqanların saya əzələlərinin reaksiya və iş qabiliyyəti yüksəlir. Kalsium həmçinin qanın laxtalanmasının faktorlarından biridir.
Dəmir:
Dəmir mioqlobinin və hemoqlobinin tərkibinə daxil olaraq, inkişafda olan orqanizmin və ananın hüceyrələrini oksigenlə təmin edir, əzələlərin düzgün inkişafına kömək edir və anemiyanın qarşısını alır. Bir çox qadınlar hamiləliyə hazırlıq dövründə lazımi miqdarda dəmir qəbul etmirlər. Maternellanın tərkibində lazımi miqdarda dəmir olduğuna görə, ananın və körpənin orqanizmini güclü sümük, dişlər və enerji ilə təmin edir.
Vitamin B6 - döldə qaraciyərin, ürəyin və baş beynin inkişafını stimullaşdırır, zülalların və DNT-nin sintezində iştirak edir. Ananın orqanizmində çatışmazlığı isə erkən toksikozun yaranmasına səbəb olur.

Tərkibi:

Vitamin C 90mq
Vitamin E 30BV
Vitamin B1 1.5mq
Vitamin B2 1.7mq
Vitamin B6 2.0 mq
Vitamin B12 6.0 mkq
Vitamin D3 400 BV
Vitamin K1 65 mkq
Provitamin A 4000 BV
Vitamin H 30 mkq
Fol turşusu 0.4mq
Vitamin PP 20mq
Kalsium 500mq
Maqnezium 100mq
Molibden 25 mkq
Xrom 25mkq
Dəmir 30mq
Manqan 2.0mq
Mis 2.0mq
Sink 15mq
Selen 25mkq
Yod 150mkq
Fosfor 200mq

Qəbul qaydası sutka ərzində 1 kapsuldan 2 dəfə. Yemək zamanı su ilə qəbul etməli.

Ailə və Uşaq     Baxılıb: 9414   Tarix: 21 dekabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

turlar.az

yay geyimləri 2026 geyim necə seçməli yaz geyimleri 2026 türk mətbəxi quru deri ucun maska otaq dizaynları sevgi ve seks kosmetika yumurta vətən həsrətinə aid bayatılar usaq geyimleri terezi faydalı bilgilər