Sağlamlığınızı itburnu bitkisində axtarın – MİN BİR DƏRDİN DƏRMANI

Sağlamlığınızı itburnu bitkisində axtarın – MİN BİR DƏRDİN DƏRMANIÖz zəngin tərkibinə görə itburnunun insan sağlamlığı üçün saymaqla bitməyən faydaları var. İtburnunun tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, potasyum, sodium, maqnezium, kalsium və fosforla zəngindir.
Hələ qədim dövrlərdən insanlar itburnu bitkisini bir çox xəstəliklər zamanı dərman əvəzi kimi istifadə ediblər. Elə bu gün də itburnu bitkisinin müalicəvi xüsusiyyətləri haqqında məlumatlı olanlar apteklərə üz tutmağa tələsmirlər. Çünki bu bitki bir çox dərdlərə dərmandır.

Ailem.az modern.az-a istinadən itburnunun faydaları haqqında yazını təqdim edir.

Əvvəlcə itburnundan dəmlənmiş çayın faydalarına nəzər salaq:

1. İmmuniteti gücləndirir;

2. İltihabi proseslərin qarşısını alır;

3. Soyuqdəymə zamanı olduqca xeyirlidir;

4. Sinir sistemini sakitləşdirir;

5. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır;

6. Mədə ağrılarını götürür;

7. Bağırsaqların təmizlənməsinə kömək edir;

8. Ürək damar xəstəlikləri üçün faydalıdır;

9. İştahanı açır;

10. Qan təzyiqini aşağı salır;

11. Maddələr mübadiləsini normallaşdırır;

12. Sidikqovucu xassəyə malikdir;

13. Orqanizmin ümumi tonusuna müsbət təsir göstərir.

İtburnu çayını hazırlamaq üçün iki qaşıq itburnu meyvəsini xırda hissələrə bölmək, üzərinə 250 qram qaynar su əlavə edərək 10 dəqiqə dəmdə saxlamaq lazımdır. İstifadə zamanı zövqə uyğun az miqdarda şəkər tozu yaxud bal da əlavə etmək olar.
İtburnu bitkisindən arıqlamaq üçün də istifadə etmək olar. Bunun üçün 1 litr qaynar suya 3 xörək qaşığı itburnu meyvəsi əlavə etməli və 12 saat saxlanılmalıdır. İki həftə ərzində hər gün yeməkdən 30-40 dəqiqə qabaq bir stəkan içməklə istənilən nəticəni əldə etmək olar.

Hamilə qadınların itburnu bitkisinin çayından istifadə etmələri məsləhətdir. Gələcək analar bununla orqanizmlərinin müqavimətini gücləndirərək müxtəlif viruslardan özlərini qorumuş olarlar. Xanımlara gün ərzində 1-2 stəkan itburnu çayı yaxud dəmləməsi kifayətdir.
Böyrək xəstəliklərindən şikayətlənənlər üçün itburnu bitkisi olduqca faydalıdır. Böyrəklərin iltihabı zamanı 3 xörək qaşığı itburnu meyvəsi ilə 6 xörək qaşığı qarğıdalı saçağını yarım litr qaynar suda dəmləmək (qaynatmamaq şərtilə), 12 saat saxladıqdan sonra süzmək və 3 ay ərzində gündəlik olaraq yeməkdən qabaq 100 qram içmək lazımdır.
Xüsusilə, qış fəsillərində itburnu bitkisindən müntəzəm istifadə etmək daha xeyirlidir. Bu ərəfədə orqanizmin vitaminlərə olan tələbatının bir qismini itburnu bitkisi ilə təmin etmək mümkündür.
Digər faydalı bitkilər kimi itburnundan da qədərində istifadə etmək lazımdır. Xüsusilə, mədə xorası olan insanlar bu bitkidən məhdudiyyətlə istifadə etməlidirlər.

Sağlamlıq     Baxılıb: 2716   Tarix: 18 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

turlar.az

qadin sayti yay geyimləri 2026 geyim şəkilləri geyim qaydaları yay paltarlari biliye aid atalar sozleri suni usaq yemekleri kosmetika faydalı məsləhətlər arxadan olmag xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır bedii edebiyyat ziyafet geyimleri