Sağlamlıq üçün təhlükəli olan pəhrizlər

Sağlamlıq üçün təhlükəli olan pəhrizlərArıqlamaq sadəcə bir fincan çay içmək qədər asan olsaydı, o zaman saysız-hesabsız pəhriz proqramlarına, bu işlə məşğul olan mütəxəssislərə ehtiyac olmazdı. Çəki atmaq əmək tələb edən prosesdir. Bu mərhələdə fərqli olan orqanizmlərə uyğun qidalardan, hərəkətlərdən istifadə mütləqdir. "Dostum da bundan istifadə etdi", "Filan məşhurun tətbiq etdiyi proqramdır", "1 ayda 8 kiloqram arıqladı" və ya "1 ay cəfəri suyu içdi və 10 kiloqram çəki atdı" kimi hər eşidilən üsuldan istifadə etmək orqanizminiz üçün təhlükəli ola bilər.
Milli.Az Axşam.az-a istinadən sağlamlıq üçün təhlükəli olan pəhrizləri və çəki atma üsullarını təqdim edir. 
1. Protein içkilər
Proteinli içkilər, dadlandırıcılar və digər içəcəklər tez arıqlamağınıza yardımçı olsa da bu sağlam üsul olduğu anlamına gəlmir. Bu növ içkilər yüksək kalorili dəyərlərə malikdir və böyrəyin yerinə yetirdiyi funksiya daxil olmaqla orqanların həddindən artıq işləməsinə səbəb olur.
2. Arıqladan çaylar
Bəzi otlardan hazırlanan çayların arıqlamağa olduqca təsirli etdiyi məlumdur. Ancaq bu bitkilər istifadə etdiyiniz dərmanlarla və ya istehlak etdiyiniz digər qidalarla da qarşılıqlı əlaqəyə girir. Bu da sağlamlığınızı təhlükəyə atır.  Əzələ tutulmaları, hormonal balanssızlıq və hətta ürək tutması bu cür nəticələr sırasındadır.
3. Məşhurların istifadə etdiyi detokslar
Siz də bunu tez-tez eşidirsiniz? Məşhurlardan biri, həkimə müraciət etmədən çəki atıb. Siz də bunun orqanizminizə uyğun olub-olmadığını araşdırmadan dərhal istifadə etmisiniz. Bu arıqlamağa yardımçı olsa da yorğun və enerjisiz hiss etməyinizə səbəb ola bilər.
4. Aralıq oruc
Son zamanların ən çox istifadə olunan pəhriz üsullarından biri də aralıq orucdur. Gün ərzində uzun müddət və davamlı olaraq qida qəbul etməmək heç də sağlam üsul deyil. Bu metodu səhv və uzun müddət istifadə etmək, maddələr mübadiləsinin sürətini zamanla azaldır. Sizi ac və əsəbi edir. Hətta müəyyən müddətdən sonra tam əksi çəki almağınıza səbəb olur.
5. Tək qida ilə saxlanan pəhriz
Qreypfrut pəhrizi, alma pəhrizi, yulaf pəhrizi və ya qarpız pəhrizi. Tək qidalı proqramlara riayət etmək qida çatışmazlığı səbəbiylə bir çox qısa və uzun müddətli sağlamlıq problemləri yarada bilər.
6. Ciddi pəhriz
Bu pəhriz növü qida qəbulunu sərhədləyir və çox az yeməyi tələb edir. Bu da maddələr mübadiləsini ləngidərək kökəlməyinizə səbəb olur. Üstəlik, başgicəllənmə və ürəkgetmə kimi ciddi risklərlə üzləşə bilərsiniz.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1169   Tarix: 09 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

geyim şəkilləri yaz geyimleri 2026 geyim necə seçməli dirnaq maskalari analiq məktəbi sifahi xalq edebiyyati qis salatlarinin hazirlanmasi kosmetika haxışda gözəllik vətənə aid bayatı veten haqqinda atalar sozu hamilelik