Şahzadə 10 illik nikahına son qoydu: boşanırlar - FOTO
Lüksemburq şahzadəsi, 30 yaşlı Lui və onun xanımı, 31 yaşlı şahzadə Tessi boşanırlar.
Lüksemburq Kral Sarayının yaydığı rəsmi açıqlamada belə deyilir.
Qadınsaytı.az Milli.Az-a istinadən bildirir ki, açıqlama şahzadə Luinin valideynləri - Lüksemburq hersoqu Anri Nassau-Veylburq və onun xanımı, hersoginya Mariya Tereza tərəfindən imzalanıb.
Sənəddə deyilir: "Əlahəzrət hersoq Anri və hersoginya Mariya Tereza dərin təəssüf hiss ilə bəyan edirlər ki, şahzadə Lui və şahzadə Tessi boşanmağa qərar veriblər. Belə mürəkkəb, ağır dönəmdə onlar şəxsi həyatlarına sayğı bəslənməsini təvəqqe edirlər".
Şahzadə Lui hersoq Anrinin üçüncü oğludur. Hersoq Anri və hersoginya Mariya Terezanın 5 övladı (Giyom, Feliks, Luis, Aleksandra və Sebastyan) var.
Şahzadə Luinin 10 yaşlı Qabriel və 9 yaşlı Noy adlı iki oğlu var.
Luis və Tessi 2006-cı ildə evlənmişdilər.
Lüksemburqda hakimiyyət hökumətə və nazirlərə məxsusdur. Hersoq isə faktiki olaraq real səlahiyyətlər sahibi deyil.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir
Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir
Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Rihanna müəlliminə ev aldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Space TV-də bu veriliş də yayımlanmayacaq