Santa Barbara'nın ulduzunun müalicəsi üçün pul toplanır
Məşhur "Santa Barbara" serialının ulduzu, aktrisa Marsi Uoker ciddi sağlamlıq problemləri ilə üzləşib.
azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə aktrisanın serialdakı keçmiş tərəf müqabili Ey Martinez şəxsi bloqunda məlumat verib.
Aktyor bildirib ki, Marsi ağır xəstəlikdən əziyyət çəkir. Məhz bu səbəbdən onlar həmkarı üçün canlı yayım açaraq pul toplayacaqlar.
Toplanan vəsaitin aktrisanın müalicə xərclərinə yönəldiləcəyi qeyd olunur.
Martinezin sözlərinə görə, Uoker ABŞ-da bahalı tibbi xidmətlər səbəbindən maliyyə çətinlikləri yaşayır. Bununla belə, o, aktrisanın diaqnozunu açıqlamayıb.
Qeyd edək ki, Marsi Uoker 1984–1991-ci illərdə yayımlanan "Santa Barbara" serialında "Eden Kepvell" obrazı ilə milyonlarla tamaşaçının sevgisini qazanıb. Aktrisa bu roluna görə 1989-cu ildə "Ən yaxşı gündüz efiri aktrisası" nominasiyasında Daytime Emmy Awards mükafatına layiq görülüb. Serialda onun sevgilisi, daha sonra isə həyat yoldaşı Kruz Kastilyo obrazını A. Martinez canlandırıb.
Aysel









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi
Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
Blogerin əri onun ad günündə vəfat etdib
Toppuş bacı'nın atası da vəfat etdi
Türkan Şoray Azərbaycana gələcək
"Bu xəbərə çox üzüldüm
Məşhur müğənni Cansever vəfat etdi