Sarı xanıməli bitkisinin faydaları

Sarı xanıməli bitkisinin faydalarıSarı xanıməli boyu 2 metrə qədər qalxan, uzunsov, yumurta formasında yarpaqlara malik olan kol bitkisidir. Onun yarpaqları 5-12 sm uzunluqda, 2-3,5 sm endə, hər il tökülə bilən, çiçəkləri isə 5 hissədən ibarət olur. Sarı xanıməlinin çiçək tacı sarı və ya narıncı rəngdə, zəngçiçəyi formasında olur. Onun çiçəkləri may ayında açır və hər il məhsul verir. Sarı xanıməlinin çiçəkləri donuşluğa davamlı deyil və çiçəklər töküldükdən sonra tünd bənövşəyi rəngdə giləmeyvələr yetişir. Giləmeyvələrin yetişməsi iyul-avqust aylarına təsadüf edir. Meyvələr, şirin, turşaşirin, zəif tünd dada malik olur. Buna səbəb isə onun tərkibində olan loniserin qlikozididir.
Azərbaycanda sarı xanıməli bitkisinə Balakən rayonu ərazisində daha çox rast gəlinir. Sarı xanıməli az kalorili bitkilərdəndir. Onun 100 qramında 30 kKal var. Bu bitkini piylənmədən əziyyət çəkən adamlar istədikləri qədər qəbul edə bilərlər. Xanıməli giləmeyvəsindən bişirilən mürəbbə isə çox kalorilidir və artıq çəkidən əziyyət çəkənlərə ondan istifadə eləmək məsləhət görülmür. Xanıməli gilımeyvəsinin tərkibində şəkər(qlükoza, fruktoza, qalaktoza, saxaroza), orqanik turşular(limon, alma, əvəlik), vitaminlər(C, A, B1, B2,B9, P və s.) var. Onun tərkibi kalium, kalsium, fosfor, natrium, maqnium, dəmir, kremin, sink, yod, tanin maddələr və pektinlə zəngindir.
Sarı xanıməli giləmeyvələri mədənin sekresiyasını artırır, mədə şirəsinin çoxalmasına səbəb olur. O ödqovucu, sidikqovucu, iştahaçıcı, bağırsaq yumşaldıcı təsirə malikdir. Xalq təbabətində onun sıxılmış şirəsindən mədə xəstəliyinin, təzyiqin, ishalın, qara ciyər və böyrək xəstəliklərinin sağalması məqsədilə istifadə edilir.
Onun təzə və ya qurudulmuş giləmeyvələrindən vitamin çatışmazlığının, qızdırmanın, kapilyar damar xəstəliklərinin profilaktikasında geniş istifadə edilir. Sarı xanıməli mədə şirəsini artırmaqla həzm prosesini sürətləndirir. Ondan qan azlığı və malyariya xəstəliyi zamanı geniş istifadə edilir. Xanıməli yarpaqlarının dəmləməsindən tonzillit və angina zamanı qarqara kimi istifadə olunur. Xalq təbabətində sarı xanıməli dəmləməsini iltihab əleyhinə istifadə edirlər. Xanıməli şirəsinin tərkibində sinil turşusu var. Ondan gözlərin ətrafınna sürtmək və ağız boşluğunu yaxalamaq məqsədilə istifadə olunur. Uzaq Şərq ölkələrində onun xırdalanmış yarpaqlarını yaraların tez sağalması üşün istifadə edirlər. Bunun üçün qurumuş xanıməli dəri yaralarına səpilir.
Xanıməli bitkisindən hazırlanmış ekstrat antioksidant, göbələk əleyhinə, virus əleyhinə, antibakterial təsirə malikdir. Onun dəmləməsi ekzema və psorias xəstəliyinin sağalmasını sürətləndirir. Buna səbəb isə xanıməlinin tərkibində olan vitaminlər, polivitaminlər, katexin və tanin maddələrdir. Koreya alimləri onun çiçəklərinin və budaqlarının virus və mikrob əleyhinə təsir göstərdiyini sübut etmişlər. Xanıməlinin tərkibində olan efir yağlarının qarışımından alınan komponent qripp, vərəm, ağciyərin absesi, dizenteriya və digər iltihabi xəstəliklərin müalicə və profilaktikasında çox faydalıdır. Buna görə də sarı xanıməlindən Koreya xalq təbabətində geniş istifadə olunur. Xanıməli meyvələrindən müxtəlif kompotlar, mürəbbələr, jelelər, cemlər,şirələr, şərablar və s. hazırlanır.
Xanıməlinin zərərli xüsusiyyətləri
Bəzi hallarda sarı xanıməli qəbizliyə, sidiyi saxlaya bilməməyə səbəb ola bilir.  Çoxlu miqdarda və uzun müddət xanıməli isitfadə eləmək dəri səpgilərinə, əzələ spazmlarına, uşaqlarda isə mədə spazmlarına səbəb ola bilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1525   Tarix: 27 fevral 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

toy makiyaji sekilleri toy gecesi aksessuarlar gözəl xanım badimcan salati ureyin isemik xestelikleri şəxsi inkişaf kosmetika rəksanə itburnu aslan novruz bayramına aid hakıştalar qadin saglamlig