Saxta kərə yağının hansı fəsadları var? - ARAŞDIRMA - FOTO

Saxta kərə yağının hansı fəsadları var? - ARAŞDIRMA - FOTODövlət Gömrük Komitəsinin hesabatına əsasən, Azərbaycan kərə yağı və süddən hazırlanmış digər yağların idxalını 21% azaldıb. Belə ki, bu il ölkəmizə 8 min 501 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. İdxal dəyəri 47 milyon 019 min ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 min 276 ton (21,1 %), dəyər baxımından isə 14 milyon 168 min ABŞ dolları (23,1 %) azdır. Bu rəqəmlər onu göstərir ki, ya insanlarımız kərə yağı yeməyi azaldıblar, ya da daxildəki istehsal artıb.
Milli.Az "Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edir.
Saxta kərə yağının hansı fəsadları var? - ARAŞDIRMA - FOTOKənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli də belə düşünür. Onun sözlərinə görə, kərə yağı və süddən hazırlanmış digər yağların idxalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 min 200 tondan çox azalma var:
"Bunun qarşılığında Azərbaycanda süd istehsalı artıb. Eyni zamanda, keçən ilin yarımilliyi ilə müqayisədə yerli kərə yağı istehsalı 760 ton və ya 6 % artıb. Amma rəqəmlərdən də görünür ki, idxalın həcmindəki azalma daxili istehsalın artmasından üç dəfə çoxdur".
Ekspert deyir ki, rəqəmlərə nəzər saldıqda kərə yağı və süddən hazırlanmış digər yağların idxalının azalması daxili istehsal tərəfindən qarşılanmır:
"Buna səbəb qiymət artımı fonunda alıcılıq qabiliyyətinin, paralel olaraq, kərə yağlarının istifadəsinin azalması ola bilər. Bu il ərzində də süd istehsalının maya dəyəri yüksək olaraq qalacaq, kərə yağı qiymətinin də aşağı düşməsi gözlənilmir. İstehlakçıların digər ucuz yağlardan istifadə etməsi nəticədə kərə yağı idxalının azalmasına səbəb olur".
Marketlərdə təklif olunan kərə yağlarının qiymətləri ilə maraqlandıq. Belə ki, marketlərdə yağlılığı 82 faiz təşkil edən kərə yağının qiyməti markalara görə 16,90 - 23,50 manat arası dəyişir. Təbii ki, marketlərdə qarışıq kərə yağı da satılır ki, onların da qiymətləri 4,60 manatdan başlayır.
Saxta kərə yağının hansı fəsadları var? - ARAŞDIRMA - FOTOİqtisadçı ekspert Rauf Qarayev deyir ki, yerli kərə yağımız keyfiyyətlidir, amma qiymət cəhətdən rəqabətdə xaricdən gələn məhsullara uduzur:
"Çünki xaricdən gələn məhsullar daha çoxdur və daha çox reklam olunur. Nəticədə, istehlakçı reklamda gördüyü kərə yağına üstünlük verir. Eyni zamanda, tələbat olsa da, yerli istehsal daha azdır. Bunun bir səbəbi də xarici bazara üz tutmaq niyyətləridir. Əgər məhsul keyfiyyətlidirsə, xarici bazardan daha çox gəlir əldə edə bilərlər".
Ekspert hesab edir ki, yerli istehsal olan kərə yağının marketinqi gücləndirilməlidir:
"Kərə yağı həm keyfiyyət, həm də qiymət baxımından vətəndaşa sərfli olmalıdır. Təəssüf ki, bizdə kərə yağının qiyməti bahadır və hər adamın cibinə uyğun deyil".
Saxta kərə yağının hansı fəsadları var? - ARAŞDIRMA - FOTOAzad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkəmizə kərə yağının idxalının azalmasının bir neçə səbəbi var:
"Əsas səbəblər istehlakçıların kərə yağına əlçatanlığının azalması və ya yay mövsümü olduğu üçün tələbatın azalmasıdır. Ölkəmizdə qatqısız kərə yağı istehsal edən və xaricdən idxal edən müəssisələr var. Amma burada və xaricdən saxta, qarışıq yağı gətirib qablaşdıranlar da az deyil".
E.Hüseynov vurğulayıb ki, kərə yağı ilə bağlı çoxsaylı təzadlar mövcuddur:
"Beş il əvvəl Yeni Zelandiyada Azərbaycana göndərilən kərə yağlarının istehsal edildiyi zavodda, fermer təsərrüfatlarında oldum. Orada inəklər açıq otlaqlarda otlayır, steril şəraitdə süd sağılır. Həmin müəssisə ölkəmizə qatqısız kərə yağı ixrac edir. Amma, Yeni Zelandiyadan başqa firmalar da kərə yağı gətirirlər. Bəzən yağların etiketlərinin üzərində inək şəkli qoyulur və "natural" sözü yazılır. Bununla da insanları aldadırlar ki, guya təmizdir. Amma kiçik hərflərlə qeyd edilir ki, qarışıq yağdır. Vətəndaşların da əksəriyyəti böyük hərflərlə yazılanlara aldanır. Bu kimi məsələlər öz həllini tapmalıdır. Vətəndaşı bu cür yazılarla aldadanlar cəzalandırılmalıdır".
Saxta kərə yağının hansı fəsadları var? - ARAŞDIRMA - FOTOQida məsələləri üzrə ekspert Ağa Salamovun sözlərinə görə, bəzi "kərə yağı" adı altında satılan yağlar var ki, onlar insan orqanizmində fəsadlara yol açırlar: "Belə qarışıq yağlar insanda ürək-damar, mədəaltı vəz, qaraciyər xəstəliklərinə səbəb olur".
Ekspert deyir ki, Azərbaycanda əsl kərə yağları var:
"Nehrə yağı var və onun tərkibi çox faydalı yağ turşuları, vitamin və minerallarla zəngindir. Bəzən deyirlər ki, bu, bitki tərkibli kərə yağıdır. Amma nə bitkisi olduğu bilinmir. Kərə yağı heyvan mənşəli yağdır və süddən əldə olunur. Onun bitki tərkibli olması mümkün deyil. Əgər kərə yağında bitki yağı varsa, onu qatılaşdırmaq üçün istifadə ediblər. Həmin yağlar hidrogen püskürtməklə müəyyən bir istiliyə, məsələn, 250 dərəcəyə çatdırılır. Bunu edirlər ki, bitkinin qoxusunu dəyişsinlər. Nəticədə, qatı bir maddə əldə edilir və ona rəng, dadlandırıcılar vurub kərə yağı adı ilə satırlar".
A.Salamov əlavə edib ki, yağlılığı 82 faiz təşkil edən kərə yağını qatqısız saymaq olar:
"Onun yağlılığının 82 faiz olub-olmaması laboratoriya nəticələri ilə bilinə bilər".
Milli.Az

Xəbərlər     Baxılıb: 1309   Tarix: 31 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

makiyaj instagram geyim şəkilləri geyim seçimi gavalinin faydalari hamiləlik hesablama ayaqların şişməsi yuxuyozma kosmetika haxisda bahar irem derici ginekoloq webnem tovuzlu