Saysız-hesabsız şəfası olan ƏVƏLİK BİTKİSİ
Təbiətin insanlara bəxş etdiyi saysız-hesabsız şəfalı bitkilərdən biri də əvəlikdir. Azərbaycanın bir çox bölgəsində rast gəlinən bu bitkidən tərəvəz bitkisi kimi də geniş istifadə edilir.
Vəzilərin normal fəaliyyətini təmin edir. C vitamininin çatışmazlığını aradan qaldırır. Sidikqovandır, orqanizmə qüvvət ve rir, mədə şirəsini artırır, maddələr mübadiləsini tənzimləyir, qanazlığını aradan qaldırır, qidanın həzmini asanlaşdırır.
Əvəlik bitkisinin soyuqdəymə ilə yanaşı, mədə və bağırsaq üçün də xeyirli təbii vasitədir. Əvəlik bitkisini çiçəkləməmişdən əvvəl, may-iyun aylarında yığır, saç kimi hörür, qurudaraq qışa tədarük edirlər. Qurudulmuş əvəlikdən qış vaxtı müxtəlif xörəklər hazırlanır. Əvəlikli umac, sup və digər yeməklər dadı ilə yanaşı, müalicəvi əhəmiyyətinə görə də tanınır.
Qeyd edək ki, əvəlik bitkisi qırxbuğum fəsiləsinə aid çoxillik ot bitkisidir. Toxum və kök pöhrələri ilə çoxalır. Toxumları yazda və payızda səpilir. İkinci ildən başlayaraq qida üçün istifadə olunacaq yaşıl kütləsi yığılır.
Əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləməsindən daxili qanaxmalarda, yaş sarğı kimi dəri xəstəliklərində, sidik tutulmalarında, bəd xassəli şişlərin, irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindən isə qızdırma, qaşınma, revmatizm və bədxassəli xərçəngdə istifadə edilir. Yarpaqlarından vitamin "iksirləri" hazırlanır. Təzə dərilmiş yarpaq və dəmləməsindən laxlayan dişlərin dibinin möhkəmləndirilməsində, gec sağalan kəskin irinli yaraların müalicəsində, şirəsindən antiseptik, zəhərlənmə əleyhinə geniş istifadə olunur. Toxumu yetişən ərəfədə mal-qara üçün təhlükəlidir.
Saglamolun.Az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Çetin Tekindor xəstəxanaya yerləşdirildi - Rolu məşhur aktyora verildi
Hər evdə var, amma bu təsirini çoxları bilmir