SƏFIRI ÖLDÜRƏN 22 YAŞLI POLIS HAQQINDA ŞOK FAKTLAR

Dünən Ankarada sərgi salonunda keçirilən tədbir zamanı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu güllələyərək öldürən 1994-cü il təvəllüdlü Mövlud Mert Altıntaşla bağlı yeni faktlar üzə çıxıb.

Qadinsayti-in xəbərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, çevik polis alayının əməkdaşı olan M.Altıntaş 15 iyul qiyamı zamanı Diyarbakırda ezamiyyətdə olub. 2 günlük ezamiyyətdən sonra M.Altıntaş Ankaraya qayıdıb. Maraqlıdır ki, çevriliş cəhdindən dərhal sonra Diyarbəkir Çevik Polis Alayının rəhbəri Kahraman Sezer FETÖ/PDY terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində həbs edilib. M.Altıntaşa həmin vaxt Ankaraya getmək üçün 2 günlük icazənin də həmin polis rəisi tərəfindən verildiyi üzə çıxıb.
Məlum olub ki, iyulun 16-da Diyarbakırdan Ankaraya gələn Mert Altıntaş Demetevler məhəlləsindəki evdə qalıb. Maraqlıdır ki, çevriliş cəhdindən sonra Türkiyədə bütün polislərə icazə almaq qadağan edilib. Bu ərəfədə M.Altıntaşa Kahraman Sezer tərəfindən 2 günlük icazə verilməsi araşdırılır. Onun Ankarada qalmaq üçün qeydiyyata düşdüyü evin "Todays Zaman" qəzetinin müxbirinin adına olması da diqqətdən qaçmayıb. "Todays Zaman" qəzeti Gülən camaatına məxsus olan media qurumlarından biridir. Bu arada o da məlum olub ki, Mert Altıntaş səfirə qarşı cinayətə öncədən hazırlaşıb. O, Çankaya Sənət Qalereyasının yaxınlığındakı oteldə otaq tutub və tədbirin keçirilməsi saatını gözləyib. Onun hansısa qüvvələr tərəfindən kəşfiyyat məlumatı ilə təmin edildiyi ehtimal edilir.

Maraqlı məqamlardan digəri isə Mert Altıntaşın İstanbul Prokurorluğunun apardığı cinayət işlərindən birində şübhəli kimi qeyd edilməsidir. Belə ki, 2012-ci ildə polisə qəbul üçün imtahan verən Mert cavabları kopyaladığı üçün nəzarət altına düşüb. Bununla belə o, polis sisteminə daxil ola bilib və 2014-cü ildə Polis Hazırlıq Məktəbini bitirərək xidmətə başlayıb.

Aydının Söke qəsəbəsində qeydiyyatda olan M.Altıntaş ay yarım əvvəl Ankarada qeydiyyata düşüb.

Bu arada M.Altıntaşın 3 ailə üzvü saxlanılıb. Onun anası Hamidiye və atası Esrafil Altıntaş ilə birgə mağazada satıcı işləyən bacısı Seher Özeroğlu də ifadə vermək üçün aparılıb.(lent.az)
SƏFIRI ÖLDÜRƏN 22 YAŞLI POLIS HAQQINDA ŞOK FAKTLARSƏFIRI ÖLDÜRƏN 22 YAŞLI POLIS HAQQINDA ŞOK FAKTLARSƏFIRI ÖLDÜRƏN 22 YAŞLI POLIS HAQQINDA ŞOK FAKTLAR

Xəbərlər     Baxılıb: 1910   Tarix: 20 dekabr 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

yaz geyimleri 2026 yay geyimləri 2026 maskalar şir bürcü salatlarin bezedilmesi testosteron nədir sarmisaqin faydasi kosmetika hakisdalar uşaq şeirləri lakonizim qogal xocali