Səfirin həyat yoldaşı: "Mən də hamıyla bir döşəməyə uzandım"
Dünən Ankarada öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun həyat yoldaşı Marina Karlova ərinin qətlindən danışıb.
Marina hadisənin baş verdiyi vaxt - Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında ərinin yanında olub. "Andreyin çıxışı zamanı bir neçə dəfə atəş açıldı. Mən hamı ilə birlikdə döşəməyə uzandım. Sərgidə insanlar çox idi. Biz hamımız şoka düşmüşdük. Artıq xəstəxanaya getdiyimiz vaxt özümə gəldim. Ərim artıq ölmüşdü. Ona 11 dəfə atəş açdılar. Mühafizə prinsip etibarilə, ümumiyyətlə, yox idi. Yalnız tərcüməçi bəzən müşayiət edirdi. Ankara meri, Səhiyyə Nazirliyinin əməkdaşları xəstəxanaya gəldilər. Onlar uzun müddət danışdılar və sonra mənə bildirdilər ki, ərim ölüb. Mən şokda idim. Birdən pis oldum. Ərim heç kəsə heç bir pislik etmirdi, heç kəs heç vaxt onu hədələmirdi. Bizim fotosərgiyə gedəcəyimizi çoxları bilirdi, çünki tədbir qabaqcadan planlaşdırılmışdı", - o, Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşlarına ifadəsində deyib. O, hazırda həkimin müşahidəsi altındadır.
Qeyd edək ki, dünən Ankarada Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsd təşkil edilib. Hücumda ağır yaralanan səfir xəstəxanada həyatını itirib.// publika
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama
Azərbaycanda daha bir məşhur veriliş bağlandı
12 illik evlilik bitdi - BOŞANDILAR
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?