Səhər oyanan kimi 4 stəkan su içsəniz... - DİQQƏT

Səhər oyanan kimi 4 stəkan su içsəniz... - DİQQƏTSuyun nə qədər faydalı olduğunu bilsək, onu əlimizdən yerə qoymarıq. Lakin dahi Nizami Gəncəvinin dediyi kimi: "Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da". Buna görə də Aile.lent.az suyun olar-olmazlarını araşdırıb.

Yaponların yuxudan oyanan kimi su içmək vərdişləri olduğunu bilirdiniz? Çox qədim tarixi olan Yapon Su Terapiyası bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Su içməyin faydaları ilə bağlı aparılan araşdırmalar hər gün bir az daha çoxalır. Yapon Su Terapiyası qastrit, diabet, yüksək təzyiq, astma, qəbzlik, ishal, göz xəstəlikləri, babasil, bronxit, vərəm, ürək problemləri, epilepsiya, qulaq-burun-boğaz xəstəlikləri, artrit, xərçəng, menstruasiya nizamsızlığı, böyrək və sidik yolları narahatlıqları kimi bir çox olduqca ciddi və yayılmış xəstəliklərlə mübarizədə istifadə edilən üsuldur.

Boş mədəyə su içməklə başlayan Yapon Su Terapiyası səhər yuxudan oyanan kimi ilk iş olaraq yerinə yetirilməlidir. Dişlərinizi fırçalamazdan əvvəl 640 ml. (təxminən 4 stəkan) su için. Suyun florid tərkibli olmamasına diqqət yetirin. Dişlərinizi fırçalayıb ağzınızı təmizləyin. Amma 45 dəqiqə heç bir şey yemək olmaz. Ondan sonra hər zamankı kimi səhər yeməyinizi yeyin. Səhər yeməyindən sonra iki saat heç nə yeməyin. Yapon ənənələrinə görə, su bir az ilıq olmalıdır, nə soyuq, nə də otaq istiliyində olmamalıdır. Uzaq Şərqdə insanlar yemək zamanı heç vaxt soyuq su içmirlər. Bunun yerinə isti çay tövsiyə edilir.

Bu üsulu yüksək təzyiqi və diabet olanlar 30 gün, qastrit və qəbzlikdən əziyyət çəkənlər 10 gün, vərəmdən şikayət edənlər 90 gün, xərçəng olanlar 180 gün tətbiq edə bilərlər. Artritdən əziyyət çəkənlər bu terapiyanı ilk həftə sadəcə 3 gün etməli, sonra isə gündəlik tətbiq etməlidirlər.

Əgər səhər yuxudan oyanan kimi bu qədər su içməyə əziyyət çəkirsinizsə, iki stəkanla başlayıb, Vaxt keçdikcə 4 stəkana qədər artıra bilərsiniz. Böyrəklərimiz saatda 800-1000 ml su süzə bilmək qabiliyyətinə malikdir. Buna görə də bir dəfəyə 4 stəkandan çox su içmək böyrəklərə zərər verə bilər.

Yaponiyada çox yayılan Yapon Su Terapiyasının heç bir mənfi təsiri yoxdur. Əksinə, bunu gündəlik həyat tərzinizin bir hissəsinə çevirsəniz, bu, sizin ümumi sağlamlığınızın günü-gündən yaxşı olmasına kömək edər.

Yapon Su Terapiyasının elmi açıqlaması

İnsan mədəsinin oturmuş və ayaq üstü durmuş vəziyyətdə mövqeyi fərqlidir. Ayaq üstə duran insan maye qəbul edən zaman bu, birbaşa onikibarmaq bağırsağa gedir. Mədənin kiçik əyilən hissəsində, yəni mədə prospekti deyilən ("Waldeyerin" deyilir) çuxur var. Maye qidalar bu yolla hər zaman kiçik də olsa aclığı olan mədə çıxışını keçərək onikibarmaq bağırsağa keçir. Əgər mayeni oturaq vəziyyətdə qəbul edirsinizsə, bu, əvvəl mədədə qalır, turşu ilə qarışaraq mikrobları ölür və sonra onikibarmaq bağırsağa keçir. Belə bir vəziyyətdə, yəni oturaraq su içən insan kolori daxil olmaqla bir çox xəstəliklərdən qorunur. Ayaq üstə duran zaman təzyiqli su sıxılmış vəziyyətdə olan orqanlara mənfi təsir edir. Oturaq vəziyyətdə isə su qıvrılaraq yavaş-yavaş bütün orqanlara gedir.

Suyun nə vaxt içmək olar, nə vaxt olmaz?

Mütəxəssislər su içməyin qayda-qanunlarını açıqlayıb. Suyu içmək olmaz:

Hamamdan və duş qəbul etdikdən sonra su içməyin. Əgər içsəniz, orqanlarınız yaşlanacaq
Acı yedikdən sonra su içməyin. Əgər içsəniz, reflekslər, qastrit və bağırsaq narahatlıqları yaranır
Yuxu arasında su içməyin, beyninizə təsir edər.
Meyvə yedikdən sonra su içməyin, turşuluq yaranar
Qaçıb yorulduqdan sonra su içməyin, qaraciyər və dalaq böyüyür
Şirniyyat yedikdən sonra su içməyin, şəkər qalxa bilər
Qusduqdan sonra su içməyin, vəbaya səbəb olar
Süfrəyə oturduğunuz zaman yeməkdən əvvəl və yeməkdən dərhal sonra su içməyin

Su içmək olar

Ət yedikdən sonra
Yağlı yedikdən sonra
Qorxduğunuz zaman
Yuxudan oyanan zaman
Yatmazdan əvvəl
Yemək arasında
Susuzluq hiss etmədən, ən azı gündə iki litr su için

Sağlamlıq     Baxılıb: 19613   Tarix: 27 avqust 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

turlar.az

maskalar kosmetoloq qadin sayti qripdə nə etməli qarabasaq kotleti toy ucun maraqli ideyalar qazan kotleti hazirlanmasi kosmetika məsəllər rus dilini öyrənək 2 ci dərs geyim kahfe falı ikizler