SƏHƏR-SƏHƏR ƏHALİYƏ ŞAD XƏBƏR: pulsuz oldu
"Pulsuz Wi-Fi" şəbəkəsi tezliklə Bakının İzmir və Nərimanov parklarında istifadəyə veriləcək.
Xanim.az "Baktelecom"a istinadən xəbər verir ki, "Pulsuz Wi-Fi"ın əhatə dairəsi genişlənir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) tərəfindən cari ilin mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə "Pulsuz Wi-Fi" xidmətindən paytaxt sakinləri və şəhərimizin qonaqları yaxın günlərdə İzmir və Nərimanov parklarında da faydalana biləcəklər.
Qeyd edək ki, bugünədək "İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağları, Qış, Zabitlər, Dədə Qorqud, eləcə də "Port Baku Residence" və "Port Baku Mall" (Fashion Avenue) parklarında da aktiv edilib.











Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin