SƏHƏR YEMƏYİ VACİBDİR, AMMA...

SƏHƏR YEMƏYİ VACİBDİR, AMMA......İnsanlar səhər işə tələsirlər, axşam gəlib çoxlu yeyirlər, bu olduqca ziyanlı prosesdir.
"Səhər yeməyi günün ən vacib qidasıdır" fikrini tez-tez eşidirik. Amma səhər yeməyi vərdişi xeyli sayda insanda yoxdur. Çox vaxt səhərlər yemək yemədən günə başlayırıq. Bu da xəstəlik və müxtəlif fəsadların yaranmasına səbəb olur. Ümumiyyətlə, səhərlər yemək yeməməyi özləri üçün dəyişməz prinsip hesab edənlər var.
Halbuki daim həkim və mütəxəssislər səhər yeməyinin zəruri olduğunu vurğulasalar da, hansısa xəstəlikləri yaşamadan "ağıllanmırıq". Səhər yeməyinin lazımsız olduğunu düşünənlər var. Buna əsas səbəb isə arıqlamaq istəyidir. Düzdür, ilk görünüşdən bu, məntiqli görünsə də, əslində belə deyil. Çünki gecə yatarkən bəzi orqanizmlər dincəlir, amma bəzi orqanlar da var ki, işlək vəziyyətdə olur. Bu da enerji itkisi deməkdir.
Amerika Ürək Cəmiyyətinin yeni yayımlamış olduğu elmi yazıda bu məsələyə qismən aydınlıq gətirilir. Cəmiyyətin rəsmi "Circulation" jurnalında elmi yazı yayımlanıb. Yazıda səhər yeməyinin vacibliyi, yemək sıxlığı, "hərdənbir ac qalmaq" kimi davranışların ürək sağlamlığı və metabolizma üzərindəki təsiri geriyə dönüb araşdırılıb.
Məqalədə deyilir ki, son 40 ildir səhər yeməyi yeyənlərin sayı azalmaqdadır. Amerikalıların 20-30 faizi səhər yeməyi, ümumiyyətlə yemir. Əldə olan tədqiqat nəticələrinə əsasən, səhər yeməyini ötürənlərdə şişmanlıq, xolesterol yüksəkliyi, yüksək təzyiq, qlükoza metabolizmasının pozulması, insulin müqaviməti əmələ gəlir, nəticədə şəkər xəstəliyi, ürək-damar, beyin-damar xəstəlikləri yaranır.
27 səhifədən ibarət olan yazıda gəlinən nəticə belədir ki, böyük ehtimalla ən yaxşı tövsiyə, səhər yeməyi yeməkdir. Səhər yeməyi günün irəliləyən saatlarında aclıq hissinin qarşısını alır. Günün erkən saatlarında yemək və gecə saatlarında yeməkdən çəkinmək sağlamlığa xeyirlidir.
Məsələni dəyərləndirən tibb elmləri doktoru, professor Adil Qeybulla insanların qeyri-aktiv həyat tərzi keçirdiyini və onların gün ərzində çox qida qəbul etdiklərini söyləyib. Professorun sözlərinə görə, gündə 3-4 dəfə, lakin az-az qidalanmaq orqanizmdə maddələr mübadiləsinin düzgün getməsinə və qanda xolestrinin miqdarının normal səviyyədə olmasına səbəb olur:
"Ürək-damar və mübadilə xəstəliklərinin baş verməsinin əsas səbəblərindən biri qəbul olunan kalori ilə sərf olunan kalori arasında düzgün balansın olmamasıdır. Yəni, insanların qəbul elədiyi kalori ilə sərf elədiyi kalori arasında bir balans yaranmalıdır. Əks halda əlavə kalori orqanizmdə piylənməyə, kökəlməyə və müxtəlif mübadilə xəstəliklərinə gətirib çıxarır. Ona görə də insanlar aktiv olmalıdırlar. Təəssüflər olsun ki, bu indi çox məhdudlaşıb. İnsanlar maşınla hərəkətdə olurlar, gəzməyə tənbəllik edir, idmanla məşğul olmurlar və çox qida qəbul edirlər. Qidanın gün ərzində hissə-hissə qəbul olunması məqsədəuyğundur. Biz az hərəkət edirik və səhərlər yüngül də olsa mütləq qidalanmaq lazımdır.
Saat 12-də növbəti dəfə qidalanmaq, saat 2-də günorta yeməyi yemək və axşam yüngülvari qida qəbul etmək lazımdır.
Qidalanmanın bu cür bölünməsi mədə və ürək-damar xəstəliklərinin yaranmaması üçün əsas amildir. Axşam vaxtı insanlar çox qida qəbul edir və nəzərə alsaq ki, bütün şadlıq evləri də axşama təsadüf edir və qanda xolestrinin miqdarı həddən artıq çox olur. İnsanlar səhər işə tələsirlər, axşam gəlib çoxlu yeyirlər, bu olduqca ziyanlı prosesdir. Qan dövranına daxil olmuş xolestirin və onun relevantları xüsusilə, bəd xolestrinin miqdarı həddindən artıq çox olur ki, bu da damar divarını zədələyir. Nəticədə damar divarında daralmalar baş verir. Bu proses illərlə davam edir və nəticədə orqanizmin damarları tez sıradan çıxır. Ona görə də bu gün müxtəlif qan-damar xəstəlikləri xeyli cavanlaşıb. Yaxşı olar ki, insanlar az qida qəbul eləsinlər və ac olmasınlar. Səhər yeməyi yeməyən insanlar adətən günorta vaxtı çox yeməyə məcbur olur. Bu da məqsədəuyğun deyil və nəticədə müxtəlif xəstəliklərin, xüsusilə də ürək xəstəliklərinin yaranmasına gətirib çıxarır".
Sherg.az

Xəbərlər     Baxılıb: 1787   Tarix: 07 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

turlar.az

qadın geyimi gelinlikler geyim şəkilləri sevgi ve seks manikür və pedikür yanıltmacalar mirzə ələkbər sabir satiraları kosmetika zencefil naz mila qiz adlari novruz hakistasi yemek reseptleri