Ölümcül göbələk xəstəliyi sürətlə yayılır - Orqanları içdən çürüdür
ABŞ-də çox təhlükəli göbələk - Aspergillus fumigatus - sürətlə yayılır.
Milli.Az xəbər verir ki, bu göbələk insan bədəninə daxil olaraq toxumaları çürüdə bilir. Onun səbəb olduğu xəstəlik - aspergilloz - xüsusilə immuniteti zəif olan insanlarda (məsələn, xərçəng xəstələri, astma xəstələri, VİÇS-lilər) ciddi ağciyər infeksiyasına, orqanların sıradan çıxmasına və hətta ölümə səbəb ola bilər.
Bu göbələk havada çox kiçik hissəciklər şəklində yayılır və insan onları nəfəs aldıqda qəbul edir, amma bunu hiss etmir. ABŞ-də xüsusilə isti və rütubətli iqlimə malik Florida, Luiziana, Texas, Georgia və Kaliforniyada daha çox yayılıb. Böyük şəhərlərdə (New York, Houston, Los Angeles) isə sıxlıq və köhnə infrastruktur problemləri əlavə risk yaradır.
Aspergillus göbələyi həmçinin aflatoksin adlı çox zəhərli maddə ifraz edir ki, bu da ağciyər, qaraciyər, mədə, böyrək və digər orqanlarda xərçəng və xəstəliklər yarada bilər.
Yüz minlərlə insanların həyatı təhlükə altındadır, çünki xəstəlik ABŞ-dərəsmi şəkildə izlənmir və statistikası tam bilinmir. Bu səbəbdən infeksiya və ölümlərin həqiqi sayı tam bilinmir.
İstilərin artması və iqlim dəyişikliyi göbələyi daha güclü edir, onun yayılmasını artırır. Həmçinin, göbələklərə qarşı dərmanların çox istifadə olunması onların dərmanlara qarşı müqavimət göstərməsinə səbəb olur, bu da müalicəni çətinləşdirir.
Mütəxəssislər immuniteti zəif olanların torpaq və nəm yerlərdən uzaq durmasını, tozlu yerlərdə maska taxmasını və xəstəxanalarda göbələk nəzarətinin gücləndirilməsini tövsiyə edirlər.
Ümumdünya Səhiyyə Təşkilatı bu göbələyi "kritik prioritetli təhlükə" kimi qiymətləndirir və dərman sənayesini yeni, daha təhlükəsiz antifunqal dərmanlar hazırlamağa çağırır.
Bu, elmi fantastika deyil, gerçək bir təhlükədir və hazırda bununla mübarizəyə tam hazır deyilik.
İsmayıl
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Azərbaycanlı alim vəfat etdi
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır