Bu tərəvəzləri çiy yemək olmaz
Gündəlik menyumuzda yer alan bəzi tərəvəzlər var ki, onların çiy şəkildə istehlakı sağlamlıq üçün ciddi risklər yarada bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bu tərəvəzlər yalnız bişirilmiş halda istifadə olunmalıdır.
Çiy halda yeyilməsi tövsiyə olunmayan tərəvəzlər bunlardır:
Kartof - Tərkibindəki "solanin" maddəsi çiy halda zəhərlənməyə səbəb ola bilər.
Badımcan - Solanin baxımından zəngin olan bu tərəvəz də çiy halda zərərlidir.
Lobya (xüsusilə qırmızı lobya) - "Lektin" adlı toksik maddə ürəkbulanma və ishala səbəb ola bilər.
Göbələk - Xüsusilə meşə göbələkləri çiy halda təhlükəlidir.
Rəvənd - Oksalat turşusu səbəbindən böyrəklərə zərər verə bilər.
Brokkoli, gül kələmi və gavalı kələm - Çiy yeyildikdə qaz və şişkinlik yarada bilər.
Mütəxəssislər tövsiyə edir ki, bu tərəvəzlər düzgün bişirildikdə həm daha təhlükəsiz, həm də faydalı olur.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir