Səhər yeməyi vacibdir, amma...

Səhər yeməyi vacibdir, amma..."Səhər yeməyi günün ən vacib qidasıdır" fikrini tez-tez eşidirik. Amma səhər yeməyi vərdişi xeyli sayda insanda yoxdur. Çox vaxt səhərlər yemək yemədən günə başlayırıq. Bu da xəstəlik və müxtəlif fəsadların yaranmasına səbəb olur. Ümumiyyətlə, səhərlər yemək yeməməyi özləri üçün dəyişməz prinsip hesab edənlər var.
Halbuki həkim və mütəxəssislər səhər yeməyinin zəruri olduğunu daim vurğulasalar da, hansısa xəstəlikləri yaşamadan "ağıllanmırıq". Səhər yeməyinin lazımsız olduğunu düşünənlər var. Buna əsas səbəb isə arıqlamaq istəyidir. Düzdür, ilk görünüşdən bu, məntiqli görünsə də, əslində belə deyil. Çünki gecə yatarkən bəzi orqanizmlər dincəlir, amma bəzi orqanlar da var ki, işlək vəziyyətdə olur. Bu da enerji itkisi deməkdir.

Amerika Ürək Cəmiyyətinin yeni yayımlamış olduğu elmi yazıda bu məsələyə qismən aydınlıq gətirilir. Cəmiyyətin rəsmi "Circulation" jurnalında elmi yazı yayımlanıb. Yazıda səhər yeməyinin vacibliyi, yemək sıxlığı, "hərdənbir ac qalmaq" kimi davranışların ürək sağlamlığı və metabolizma üzərindəki təsiri geriyə dönüb araşdırılıb.
Məqalədə deyilir ki, son 40 ildir səhər yeməyi yeyənlərin sayı azalmaqdadır. Amerikalıların 20-30 faizi səhər yeməyi, ümumiyyətlə yemir. Əldə olan tədqiqat nəticələrinə əsasən, səhər yeməyini ötürənlərdə şişmanlıq, xolesterol yüksəkliyi, yüksək təzyiq, qlükoza metabolizmasının pozulması, insulin müqaviməti əmələ gəlir, nəticədə şəkər xəstəliyi, ürək-damar, beyin-damar xəstəlikləri yaranır.
27 səhifədən ibarət olan yazıda gəlinən nəticə belədir ki, böyük ehtimalla ən yaxşı tövsiyə səhər yeməyi yeməkdir. Səhər yeməyi günün irəliləyən saatlarında aclıq hissinin qarşısını alır. Günün erkən saatlarında yemək və gecə saatlarında yeməkdən çəkinmək sağlamlığa xeyirlidir.

Məsələni dəyərləndirən tibb elmləri doktoru, professor Adil Qeybulla insanların qeyri-aktiv həyat tərzi keçirdiyini və onların gün ərzində çox qida qəbul etdiklərini söyləyib. Professorun sözlərinə görə, gündə 3-4 dəfə, lakin az-az qidalanmaq orqanizmdə maddələr mübadiləsinin düzgün getməsinə və qanda xolesterol miqdarının normal səviyyədə olmasına səbəb olur: "Ürək-damar və mübadilə xəstəliklərinin baş verməsinin əsas səbəblərindən biri qəbul olunan kalori ilə sərf olunan kalori arasında düzgün balansın olmamasıdır. Yəni insanların qəbul elədiyi kalori ilə sərf elədiyi kalori arasında bir balans yaranmalıdır. Əks halda əlavə kalori orqanizmdə piylənməyə, kökəlməyə və müxtəlif mübadilə xəstəliklərinə gətirib çıxarır. Ona görə də insanlar aktiv olmalıdırlar. Təəssüflər olsun ki, bu, indi çox məhdudlaşıb. İnsanlar maşınla hərəkətdə olurlar, gəzməyə tənbəllik edir, idmanla məşğul olmurlar və çox qida qəbul edirlər. Qidanın gün ərzində hissə-hissə qəbul olunması məqsədəuyğundur. Biz az hərəkət edirik və səhərlər yüngül də olsa mütləq qidalanmaq lazımdır. Saat 12-də növbəti dəfə qidalanmaq, saat 2-də günorta yeməyi yemək və axşam yüngülvari qida qəbul etmək lazımdır.
Qidalanmanın bu cür bölünməsi mədə və ürək-damar xəstəliklərinin yaranmaması üçün əsas amildir. Axşam vaxtı insanlar çox qida qəbul edir və nəzərə alsaq ki, bütün şadlıq evlərindəki məclislər də axşama təsadüf edir və qanda xolesterolun miqdarı həddən artıq çox olur. İnsanlar səhər işə tələsirlər, axşam gəlib çoxlu yeyirlər, bu, olduqca ziyanlı prosesdir. Qan dövranına daxil olmuş xolesterol və onun relevantları xüsusilə, bəd xolesterolun miqdarı həddindən artıq çox olur ki, bu da damar divarını zədələyir. Nəticədə damar divarında daralmalar baş verir. Bu proses illərlə davam edir və nəticədə orqanizmin damarları tez sıradan çıxır. Ona görə də bu gün müxtəlif qan-damar xəstəlikləri xeyli cavanlaşıb. Yaxşı olar ki, insanlar az qida qəbul eləsinlər və ac olmasınlar. Səhər yeməyi yeməyən insanlar adətən günorta vaxtı çox yeməyə məcbur olur. Bu da məqsədəuyğun deyil və nəticədə müxtəlif xəstəliklərin, xüsusilə də ürək xəstəliklərinin yaranmasına gətirib çıxarır". (Sherg.az)

Sağlamlıq     Baxılıb: 1946   Tarix: 06 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

turlar.az

geyim və ayaqqabılar adlarin menasi gözəllik məhsulları pehriz saxlamaq qaydalari 2026 qonaq otagi intim münasibətləri 2026 un geyimleri kosmetika xocali insan 8 mart qardasa aid haxistalar haxisda