Səhər yeməyində ən faydalı qidalar

Səhər yeməyində ən faydalı qidalarSəhər yeməyi hər zaman günün ən vacib yeməyi sayılıb. Çoxları hesab edir ki, səhərlər vaxtında və keyfiyyətli qidalanmaq vacib şərtdir. Amma buna baxmayaraq, səhərlər qida qəbul etməyənlər də az deyil. Bəziləri bunu iştahasızlıqla əlaqələndirir, digərləri isə bununla çəki artımının qarşısını aldıqlarını düşünürlər. Mütəxəssislər isə bildirir ki, səhər yeməyindən imtina barədə göstərilən səbəblərin heç biri düzgün deyil. Səhərlər qida qəbulu mütləqdir. Amma qidanı düşünərək seçmək daha önəmlidir. Səhər yeməyi yeyirik deyə nə gəldi qəbul etmək çox yanlış addımdır. Əgər qəhvəaltı edəndən sonra özünüzü narahat hiss edirsinizsə, deməli hansısa yanlışa yol vermisiniz.
Bəs düzgün, sağlam səhər yeməyi necə olmalıdır?  Səhər yeməyində yeyilməsi vacib olan qidalar hansılardır?
Milli.Az İnterAz-a istinadən səhərlər ən faydalı hesab olunan qidaların siyahısını təqdim edir.
Bu sırada ilk növbədə karbohidratların adı çəkilir. Bildirilir ki, gündəlik enerji üçün mütləq səhər yeməyində karbohidrat olmalıdır. Bu, tərkibi tam taxıldan ibarət olan bir dilim çörək və ya başqa un məmulatı da ola bilər. Bunun əvəzinə bal və ya mürəbbə yesəniz, orqanizmi şəkərlə çox yükləmiş olacaqsınız, bu isə həzm sistemində tənbəllik yaradacaq. Çünki səhər yeməyinin əsas məqsədi həzm sistemini gücləndirmək və qidaları rahat həzm edəcək hala gətirməkdir.
Süd məhsulları səhər yeməyində mütləq olmalıdır. Məsələn, səhərlər qədərində qəbul olunan pendir faydalıdır.
Zeytun da qəhvəaltının ən faydalı qidalarından sayılır.
Yumurta səhər yeməyində birmənalı olmalıdır. Ən çox da qarın nahiyəsindəki piylərdən, ümumiyyətlə, artıq çəkidən qurtulmaq istəyirsinizsə, yumurta yemək lazımdır. Yumurta səhər yeməyində protein qaynağıdır. Soyutma, ya qayğanaq olsun, fərq etməz. Seçimi özünüz edə bilərsiniz.
Səhər yeməyində quru ərik, əncir, xurma da məsləhət görülür. Ələlxüsus qəbizlik probleminiz varsa, bunları hər səhər, hərəsindən iki ədəd olmaqla yeyə bilərsiniz. Amma qəbizlik probleminiz yoxdursa, 2-3 gündən bir yeyin.
Qəhvəaltında yaşıl məhsullara da mütləq yer ayırın. İstər tərəvəzlər, istərsə də göyərtilər gün ərzində həzmin rahat olmasına imkan verəcək, vitamin və mineral ehtiyaclarınızı ödəyəcək. Onlar həm də bitki tərkibli proteinlər və karbohidrat qaynağıdır.
Səhərlər mövsümə uyğun olaraq, az da olsa meyvə də qəbul etmək olar. Bu, orqanizmi mineral və vitaminlərlə zənginləşdirəcək. Meyvəni qabıqlı qəbul etmək tövsiyə olunur. Amma çalışmaq lazımdır ki, qəbul edilən meyvələr bir dolu ovucdan çox olmasın.
Badam, fındıq və qoz da səhər yeməyində uşaqlarda ana südü qədər önəmli sayılır. Bunlar qanda xolesterin səviyyəsini normallaşdırır, yüksək enerjili olduqları üçün uzun zaman tox saxlayır, çörək, şirniyyat kimi məhsullara istəyi aradan qaldırır.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1517   Tarix: 23 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

geyim və ayaqqabılar donlar 2026 kosmetika mehsullari mexmerek buxaq serebral iflic usaqlar pehriz salatlar kosmetika sevgi heyati video vətən haqqında bayatılar englishdilində qulaq