Səhərlər bu simptomlar sizdə də olursa - DİQQƏTLİ OLUN
Ağciyər xərçəngi tez-tez səssizcə irəliləyən və gecikmiş mərhələlərdə aşkar edilən ölümcül bir xəstəlikdir. Lakin səhər saatlarında ortaya çıxan bəzi əlamətlər bu xəstəliyin ilk xəbərçisi ola bilər.
Milli.Az xəbər verir ki, onkoloq Dr. Sajjan Rajpurohit bildirir ki, səhərlər müşahidə olunan müəyyən hallar - xüsusilə inadkar öskürək, sinə ağrısı, təngnəfəslik və xırıltı - ağciyər xərçənginin ilkin siqnalları ola bilər.
Səhərlər görünən mümkün simptomlar:
Yüksək hərarətlə oyanmaq
ABŞ Milli Sağlamlıq İnstitutuna görə, qızdırma inkişaf etmiş ağciyər xərçəngində tez-tez rast gəlinən haldır. Bu, infeksiyalar, şiş yükü və ya zəifləmiş immun sistem (neytropeniya) ilə əlaqədar ola bilər.
Güclü tərləmə
Xüsusilə gecə və səhər saatlarında yaşanan səbəbsiz və güclü tərləmə bədənin iltihabi reaksiyası ilə əlaqəli ola bilər. Bu, bəzən ağciyər xərçənginin əlaməti sayılır.
Quru və uzunmüddətli öskürək
Üç həftədən çox davam edən, bəlğəmsiz və quru xarakterli öskürək diqqətlə izlənməlidir. Bu, xəstəliyin ən çox rast gəlinən ilkin simptomlarından biridir.
Bəlğəmdə qan
Bəlğəmdə qan müşahidə etmək təhlükəli bir siqnaldır. Şişlər ağciyər damarlarına zərər verərək qanaxmalara səbəb ola bilər.
Kimlər daha risk altındadır?
Siqaret çəkənlərdə bu əlamətlərin riski siqaret çəkməyənlərə nisbətən 20 dəfə daha yüksəkdir. Eyni zamanda radon qazı, asbest kimi zərərli maddələrə məruz qalmaq, genetik meyillilik və hava çirkliliyi də risk faktorları sırasındadır.
Ağciyər xərçənginin qarşısını almaq üçün nə etməli?
Siqareti buraxın və passiv siqaretdən uzaq durun
Sağlam qidalanma və müntəzəm fiziki aktivlik
Zərərli maddələrdən qorunun və yaxşı havalandırılan mühitlərdə yaşayın
Rutin tibbi müayinələrdən keçin - Erkən diaqnoz həyat xilas edir!
Səhərlər özünüzü yaxşı hiss etmirsinizsə, bu əlamətləri diqqətlə müşahidə edin və gecikmədən həkimə müraciət edin.
Fidan
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi